Rusiyanın "S-400" və "İsgəndər" hazırlanan mərkəzində yanğın söndürülüb - 6 nəfər ölüb...



Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın aprelin 22-də söndürülüb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyininin yerli idarəsi bildirib.
Məlumata görə, Mərkəzin yanması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 24 nəfər yaralanıb. Yaralılardan 13-nün vəziyyətinin ağır olduğu bildirilib.
Hazırda yanğının dəqiq səbəbi araşdırılır.
Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.
Tarix: 22-04-2022, 12:05
Xəbəri paylaş





Xəbər lenti