Rusiya “Moskva” kreyserində ölənlərin sayını açıqlayıb




Kreyserdən 396 nəfər təxliyə edilib, onlar Sevastopola aparılıb
“Moskva” raket kreyserinin batması nəticəsində Rusiya ordusunun bir hərbçsi ölüb, 27 ekipaj üzvü itkin düşmüş sayılır. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kreyserdən 396 nəfər təxliyə edilib, onlar Sevastopola aparılıb.
Xatırladaq ki, Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri aprelin 13-də batıb. Rusiya kreyserin sursatların partlaması nəticəsində batdığını, Ukrayna tərəfi isə onu "Neptun" raketləri ilə vurduğunu açıqlayıb. Lakin bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyiblər.
Tarix: 23-04-2022, 11:39
Xəbəri paylaş





Xəbər lenti