"Rusiya Avropanın təhlükəsizliyinə təhlükə törədirsə, buna haqq qazandırmaq mümkün deyil"


Ukraynada müharibə gedəndə Almaniya ilə Fransa və Avropa İttifaqının daha səkkiz ölkəsi mart ayınadək Rusiyaya silah satıb və bu silahlar Ukraynaya qarşı istifadə edilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə aprelin 23- də "The Daily Telegraph" saytı Avropa İttifaqının xüsusi hesabatına istinadən məlumat yayıb.
 
Hesabatda deyilir ki, Avropa İttifaqının on ölkəsi, əsasən Almaniya və Fransa 2014- cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən silah embarqosunda boşluqdan istifadə edərək, Rusiyaya dəyəri 350 milyon avro olan silah satıb.
 
Bu ixracın 273 milyon avrosu Almaniya və Fransanın payına düşüb.
 
Silah tədarükü siyahısında müasir döyüş maşınları, teplovizorlar, qabaqcıl naviqasiya vasitələri və başqa silah növləri var.
 
Bu silahlardan hazırda Ukraynaya qarşı istifadə edilməsi ehtimalı çox yüksəkdir. Baxmayaraq ki, söhbət Rusiyanın özəl silah şirkətləri ilə münasibətlərindən gedir, Almaniya və Fransa hökumətləri nizamlayıcı qismində çıxış edib və bu sövdələşmələrdə onların da məsuliyyət payı var.
 
Bu fakt üzə çıxandan sonra Berlində tələm- tələsik bəyan edilib ki, bunun nə ilə nəticələnəcəyini, bu silahlardan hücum məqsədləri ilə istifadə ediləcəyini bilsəydilər, silah ixracına lisenziyaları bəyənməzdilər.
 
Rusiya tərəfi də öz növbəsində bu silahların  istisnasız olaraq özünümüdafiə məqsədi üçün nəzərdə tutulduğuna inandırmaqda davam edib. Lakin bunlar özünü doğrultmayıb.
 
"Bu ölkələrin ayılması zamanıdır, - bunu Avropa İttifaqının yüksək vəzifəli məmuru bəyan edib. - Ukrayna son qüvvəsinədək hələ ki, tab gətirir, onlar istər- istəməz əks tərəfə yardım edir".
 
Daha az miqyasda Rusiya ilə silah sövdələşməsində Böyük Britaniya, İtaliya, Avstriya, Çexiya və Bolqarıstan da yer alıb.
 
"Daily Mail"in yazdığına görə, artıq 24 fevralda Avropa İttifaqı Rusiyaya ikili malların tədarükünü qadağan edərək, embarqoda olan boşluğu bağlayıb. 
 
Lakin, buna baxmayaraq, mənəvi dilemma qalmaqdadır, çünki Avropa İttifaqı Moskvaya hər gün enerjidaşıyıcılarına görə 1 milyard avro ödəyir.
 
"Əgər biz Rusiyanın Avropanın təhlükəsizliyinə ekzistensial təhlükə törətdiyi ilə razılaşırıqsa, buna heç nə ilə haqq qazandırmaq mümkün deyil", - Avropa məmurları belə hesab edir.

Tarix: 23-04-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti