Buça qətliamının qurbanları dəfn edilir




Ukraynanın Buça şəhərində Rusiyanın törətdiyi qətliamda ölənlər dəfn edilir.
Cebhe.info xəbər verir ki, görüntüləri AA yayıb.
Videoda yerli əhalinin köməyilə bir-birinə yaxın məsafədə qazılan qəbir yerləri diqqətdən qaçmayıb. Bu, qətliamda çoxlu sayda insanın həlakından xəbər verir. Kütləvi qəbiristanlıq kimi nəzərdə tutulan yer əklillər, güllər ilə bəzənib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın Buça şəhərinə hücumu nəticəsində bəzi mənbələrə görə yüzlərlə, bəzilərində isə hələ də sayı bilinməyən dinc yerli sakinlərin rus hərbçiləri tərəfindən qətlə yetirildiyi deyilir.
Tarix: 24-04-2022, 11:50
Xəbəri paylaş





Xəbər lenti