Milyonçuların lüks maşınlarına qadağa qoyulub: Başqalarına satılacaq


Rusiyaya göndərilən 8 minə yaxın bahalı avtomobil Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara görə Belçikanın Zebruqqe liman şəhərində qalıb.
Siam.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Bu avtomobillər arasında Lexus, Cadillac və Mercedes markalarının ən son modelləri var.
Onlar Asiyadan 2022-ci ilin aprel ayının əvvəlində gətirilib və Rusiyaya göndərilməli idilər. Lakin Rusiya Federasiyasına dəbdəbəli malların, xüsusən də dəyəri 50 min avrodan çox olan lüks avtomobillərin ixracına qadağa qoyulub.
"Maşınlara lüks malların ixracı qadağası tətbiq edilib, lakin burada müxtəlif məhdudiyyətlərə məruz qalan bir çox başqa mallar da var. Çox güman ki, avtomobillər uzun müddət Rusiyaya aparılmayacaq, onlar açıq-aydın başqa bazarlara satılacaq", – limanın avtomobil terminalının direktoru Mark Adrianssens bildirib.Cebhe.info 
Tarix: 24-04-2022, 12:29
Xəbəri paylaş





Xəbər lenti