Odessa və Xarkov vuruldu: Ölənlər var


Odessa və Xarkov vuruldu: Ölənlər var

Son məlumatlara görə, Ukraynanın liman şəhəri Odessaya Rusiyanın endirdiyi raket zərbələrindən həlak olanların sayı 8 nəfərə çatıb.
Siam.az xəbər verir ki, onlardan 1-i uşaqdır, 20-yə yaxın insan yaralanıb.
Mərmilərdən birinin yaşayış məntəqəsinə düşməsi ciddi dağıntılara səbəb olub. Xarkov da növbəti dəfə də raket və artilleriya hücumuna məruz qalıb. Nəticədə 3 nəfər həyatını itirib. Yaralananların sayı isə 7 nəfərdir.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqr Kanaşenkov isə yüksək dəqiqlikli raketlərlə Odessa yaxınlığındakı hərbi aerodromda logistika terminalını vurduqlarını deyib.Cebhe info
Tarix: 24-04-2022, 17:20
Xəbəri paylaş





Xəbər lenti