"Rusiya o qədər zəngin ölkədir ki, onun ordusu ukraynalıların unitazlarını oğurlayır..."


Rusiya ordusu 22 min əsgərini və 7 generalını itirib
Ukraynada müharibənin 60 günü tamam olub. Odessa şəhərinin raket atəşinə tutulması və 8 nəfərin həyatına son qoyulmasından sonra Rusiya ordusu hücum əməliyyatlarını davam etdirərək, Ukrayna Silahlı Qüvvələrinin güclü müqavuməti ilə üzləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Vesti" nəşri öz icmalında məlumat yayıb.
 
24 apreldə əldə edilən məlumatlara görə, Rusiya ordusu Donbasda olan qruplaşmalarının atəş gücünü artırır. Bir neçə istiqamətlərdə hücum əməliyyatları fəallaşıb, paralel olaraq qurudan, dənizdən və havadan Ukrayna şəhərlərinə zərbələr endirilir.
 
Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiya ordusu Donbasa hücum başlayandan bəzi yeni əraziləri ələ keçirməyə nail olub, lakin Ukrayna ordusu bütün istiqamətlərdə müqavimət göstərməkdə davam edir.
 
"Rusiya bölmələrinin effektliyinə təsir edən onların mənəvi ruhunun aşağı olması və əvvəlki hücum əməliyyatlarından sonra döyüş qabilliyətinin bərpa olunmasına və qüvvələrinin yenidən təşkilinə ayrılan zamanın məhdud olması təsir edir", - kəşfiyyat məlumatında belə deyilir.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukraynaya qarşı "Rusiyanın əsas nailiyyətlərini" açıqlayıb.
 
Birincisi, "60 gün ərzində ağlasığmaz sürətlə 22 min əsgərini itirib".
 
İkincisi, "yeddi (təsdiq edilməyən məlumata görə doqquz) generalını itirib".
 
Üçüncüsü, "rus hərbi gəmiləri" (o cümlədən "Moskva" kreyseri) düzgün ünvana üzməyi öyrənib.
 
Rusiyalılar həmçinin "dünyaya (foto və videofiksə ilə) sübut edib ki, "rus dünyası" kütləvi zorakılığın, uşaq qətllərinin, dinc vətəndaşların cəsədlərinin yandırılmasının sinonimidir".
 
Bundan başqa, Podolyakın sözlərinə görə, dünya gördü ki, "Rusiya o qədər zəngin ölkədir ki, onun ordusu ukraynalıların unitazlarını, it damlarını, geyilmiş əşyalarını oğurlayır".
 
Ukrayna Rusiya ilə müharibədə döyüş meydanında qələbə qazanır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəbdəsi Ned Prays BBC- nin efirində bəyan edib. "Hazırda ukraynalılar döyüşü udmaqdadır. Bu, təəccüblü də deyil, çünki onlar əzmlə, qətiyyətlə döyüşür, ABŞ və dünyanın 30- dan artıq ölkəsindən böyük yardım alır. Bu, Ukraynanın qələbəsi olacaqdır. Bu, Rusiyanın strateji məğlubiyyəti olacaq. Biz buna əminik", - Prays belə deyib.
 
Ukraynaya ağır silahların verilməsinə hazır olub- olmaması barədə suala cavab verərkən, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Ukraynaya Donbasda və ölkənin cənubunda yeni tip döyüşlər üçün lazım olan silahı verir.
 
"Baxmayaraq ki, bizim ukraynalı tərəfdaşlarımız həlledici döyüşlərdən qalib çıxır, biz hələ Rusiya ordusunun yeni vəhşilikləri, yeni qəddarlığının təzahürlərinin şahidləri olacağıq", - Prays əlavə edib.
Tarix: 24-04-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti