"Məqsədimiz Rusiyanı elə zəiflətməkdir ki, bir daha öz qonşularına təcavüz edə bilməsin..."


"Qərb ölkələri Ukraynaya hücum silahlarının tədarükünə keçib"
 
ABŞ  Ukraynada müharibəyə yanaşmasını dəyişir...
 
ABŞ Dövlət katibi Entoni Blinkenin və Pentaqon rəhbəri Lloyd Ostinin Kiyevə səfəri Ukrayna paytaxtını nə Qərb məmurları tərəfindən ilk dəfə ziyarət edilməsi, nə də ən təmtəraqlısı olmayıb. Lakin bu səfər bu gün üçün ən mühüm səfər ola bilər, çünki amerikalıların Ukraynada müharibəyə yanaşmasında dönüş deməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrinin analitiki Aleksandra Appelberq növbəti məqaləsində vurğulayıb.
 
Ukraynaya səfərinin sonunda müdafiə naziri Ostin bəyan edib ki, Amerikanın məqsədi Rusiyanı elə zəiflətməkdir ki, onun daha qonşu dövlətə müdaxilə etməyə imkanı olmasın. Bununla da o, etiraf edib ki, münaqişə lokal olaraq Ukraynaya nəzarətdən Vaşinqtonun Moskvaya müqavimətinə transformasiya edib.
ABŞ prezidenti Co Bayden müharibəyə cəlb edilərək, ona təkid edib ki, bu müharibəni ABŞ- la Rusiya arasında yarışa və bununla da üçüncü dünya müharibəsinə çevrilməsini istəmir. Sadəcə, o, balaca, döyüşən demokratiyaya dəfələrlə güclü qonşusu tərəfindən zəbt olunmaması üçün yardım edir. O, Amerika qoşunlarının döyüş əməlyyatlarına buraxmamağı vəd edib və Ukrayna üzərində uçuşsuz zonanın tətbiq edilməsinə müqavimət göstərib, çünki bu, Amerika və Rusiya qüvvələrinin birbaşa toqquşmasına gətirib çıxara bilərdi.
İndi isə yüksək vəzifəli Amerika məmurları deyir ki, Ukrayna təkcə tab gətirə bilməz yox, qalib gələ bilər- ABŞ və digər Qərb ölkələri burada yardım etmək niyyətindədir.
"Biz onlara qalib gəlməyə kömək etmək ovqatındayıq və bunu etməyə hazırlaşırıq", - Ostin bəyan edib.
 
Blinken və Ostin Ukraynaya və müttəfiq ölkələrə 713 milyon dollar məbləğində silah tədarükü barədə elan edib. Qərb ölkələri hücum silahlarının tədarükünə keçib. Söhbət təkcə tankəleyhinə vasitələrin deyil, həm də tanklar və haubitsaların; təkcə zenit raketləri deyil, həm də qırıcılar üçün ehtiyyat hissələrinin (tezliklə, ola bilsin ki, təyyarələr üçün) tədarükündən gedir.
Aprelin 26- da ABŞ  Almaniyada 40- dan artıq dost ölkələrin, NATO- nun müttəfiqlərinin, habelə Asiyada, Yaxın Şərqdə və Afrikada tərəfdaşlarının görüşünü keçirməklə Ukrayna ilə həmrəylik nümayiş etdirmək, ona bundan sonra da göstərilən yardımı koordinasiya etmək niyyətindədir.
Bu ölkələr sırasında Marokkodan tutmuş Yeni Zelandiyayadək, hətta indiyədək Rusiyanı tənqid etməyə qərar verə bilməyən İsrail də var.
 
Ukraynaya silah tədarükündən əlavə, Rusiyanın "zəifləməsi" üçün Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar da qüvvədədir  və davam edir.
Bu sanksiyalardan ən dağıdıcı olanlar yeni silahın istehsalı üçün Rusiyanın müdafiə sənayesinə lazım olan yüksək texnoloji komponentlər üzərində ixrac nəzarəti tədbirləri ola bilər.
Çindən fərqli olaraq, Rusiyanın öz mikrosxemlərinin istehsalı üçün imkanları məhduddur və Qərb texnologiyaları olmadan bu imkanların inkişaf perspektivləri, demək olar ki, yoxdur.
Bu tədbirlər barədə elan edən Bayden deyib ki, onun Rusiya ilə münasibətlərdə məqsədi "iqtisadi gücünü və silahlı qüvvələrini bundan sonra illər uzunu zəiflətmək"dən ibarətdir. Kiyevə səfəri zamanı Ostin təsqiq edib ki, Rusiya "özünün hərbi potensialını xeyli dərəcədə itirib...Biz istəyirik ki, onların bu potensialı tez bir zamanda bərpa edə bilməsin". Məsələn, Rusiya özünün müdafiə müəssisələri üçün komlektləyicilərin qıtlığı ilə üzləşib.
 
"Nyu- York Tayms"ın yazdığına görə, Ostinin bu bəyanatı üçün  bilavasitə stimul Zelenskinin danışıqlarda mövqeyinin möhkəmlənməsi istəyi ola bilərdi.
Lakin uzunmüddətli perspektivdə Ostinin bəyanatı Putinin Ukraynadakı müharibənin əslində Rusiya ilə ABŞ arasında münaqişə olması barədə iddialarını möhkəmləndirəcək. Burada iki risk mövcuddur:
Birincisi, Rusiyanın hərbi qüdrətinin deqradasiyası onun bütövlükdə böyük dövlət kimi deqradasiyasına keçə bilər və Putin bunu millətçiliyin qızışdırılması üçün istifadə edə bilər.
İkincisi, Rusiya ordusunun məğlubiyyəti nə qədər aydın olacaqsa, bir o qədər Rusiyanın taktiki nüvə silahından istifadə etməsi ehtimalı artacaq.
 
Mümkün inkişaf ssenariləri arasında Putinin Qara dəniz üzərində və ya məskunlaşma olmayan rayonda xəbərdaredici siqnal kimi Qərbin geri çəkilməsi üçün "nümayişkəranə" partlayış törədə bilməsi də var. Bu zaman ABŞ- ın strategiyasının uğur qazanacağı tamamilə aydındır.
Co Baydenin köməkçiləri deyir: onlar anlayır ki, məsələ sanksiyalarla məhdudlaşmayacaq, sanksiyalar, hərbi təzyiq və diplomatiyanın koordinasiya edilməsi gərəkdir. Bu, balaca dövlətlər üçün çətin məsələdir. Nüvə silahına malik olan Rusiya boyda dövlət üçün isə bu, daha da riskli təklifdir.

Tarix: 26-04-2022, 23:09
Xəbəri paylaş





Xəbər lenti