"Vova yoxdur - savaş da yoxdur, ölüm yoxdur, problem yoxdur..!"


"Sivil dünya səbirsizliklə və ümidlə Putinin ölümünü gözləyir"
 
"Bu sevincin "günahkarı" ümumdünya qəhrəmanı elan ediləcək"
 
Moderator.az xəbər verir ki, bunu rusiyalı jurnalist, teleaparıcı və publisist Aleksandr Nevzorov YouTube kanalında yazıb.
 
"Əlbəttə, optimal variant qəfləti ölüm ola bilərdi, təpəsinə bir güllə vurursan, Vladimir yox olur!
 
Bu sevincin "günahkarı"nı qitələr boyu gəzdirəcək, onu ümumdünya qəhrəmanı elan edəcək, ayaqlarının altına ağ qızılgüldən xalçalar sərəcəklər.
 
Prezidentlər onunla selfi çəkdirmək üçün növbəyə dayanacaq.
 
Hətta qəddar düşmənlər belə küçələrdə bir- birinə qucaq açacaq, rəqs edəcək, atəşfəşanlıq və karnavallar təşkil edəcək.
 
Vova yoxdur- müharibə də yoxdur, ölüm yoxdur, problem yoxdur!
 
Şəhərlər od tutub yanmayacaq, Putinin bombardmanlarından param- parça edilmiş uşaqlar da ölməyəcək.
 
Hər halda bəşəriyyət, əlbəttə ki, Rusiya prezidentinin uzun sürən və əzablı ölümü xəbərlərini izləyəcək. 
 
Həqiqətən də Ukraynada qanlı çarpışma uzun çəkdi. Bir nəfərin, yalnız bircə nəfərin dəliliyi bütün planetə çox baha başa gəlir. Bax, beləcə, bunu da yaşadıq!
 
Heç kimdə zərrə qədər şübhə yoxdur ki, qanlı və alovlanan kabusdan bir nəfərin, bu vahimənin personajının rədd edilməsi bu dəhşətə son verəcək. Artıq o, heç kimə lazım deyil".

Tarix: 27-04-2022, 12:30
Xəbəri paylaş





Xəbər lenti