3,5 ton kokain tutuldu: NATO ölkəsindən Rusiyaya göndərilirmiş...

3,5 ton kokain tutuldu: NATO ölkəsindən Rusiyaya göndərilirmiş...
Estoniyada Rusiyaya göndərilən 3,5 ton kokain müsadirə edilib.
Teleqraf.com xəbər verir ki, tutulan yük Baltikyanı və Şimali Avropada ən böyük yüklərdən biridir və yarım milyard avro dəyərində qiymətləndirilir.
Estoniyanın Muqa limanında Ekvadordan banan daşıyan qablardan birində 3,5 ton narkotik maddə aşkar edilib.
Qaçaqmalçılıq Finlandiya gömrük və Hollandiya polisindən müvafiq siqnallar aldıqdan sonra “MILAN EXPRESS” gəmisində aşkar edilib.
72 qara paketdə 3000 paketdən çox ağ bərk toz aşkar edilib. Paketlər polietilenə bükülmüş və lentlə yapışdırılmış formada olub.
Müəyyən edilib ki, yük kokaindən ibarətdir.
Gəminin yükü konteynerlərdən ibarət olub və onların əksəriyyəti Rusiya Federasiyasına göndərilib.
Tarix: 27-04-2022, 15:44
Xəbəri paylaş





Xəbər lenti