"Patruşev köhnə "quzğun"dur, həmişə Putinlə rəqabət aparıb və çox vaxt onunla razılaşmayıb"


"Putin "rus dünyası" ideyasına mübtəladır"
 
"20 ildən çoxdur ki, Putinin dabanını yalayırlar, ona elə gəlir ki, hər şeyi düz edir"
 
Putinin başlıca xüsusiyyəti ünsiyyətdə olduğu adamı alçaltmağı arzulamasıdır.
 
Moderator.az xəbər verir ki, bunu "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində  Fransada yaşayan, Rusiya Federasiya Şurasının sabiq üzvü, Putinin sabiq yaxın dostu Sergey Puqaçov bəyan edib.
 
"Putin elə gördüyünüz kimi adamdır. Yəni o, rola girmir, həyatda və ünsiyyətdə belədir. O, heyranlıq doğurmağa can atmır. 20 ildir onun dabanını yalayırlar və ona elə gəlir ki, hər şeyi ideal icra edir. Xatirimdədir, bir dəfə o, Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Narışkini necə ələ salıb, amma bu, hansısa şəxsi məsələlərlə bağlı olub. Onun insanlarla münasibətlərində sadizm sezilir. Mən dəfələrlə belə vəziyyətlərin şahidi olmuşam. Onun başlıca xüsusiyyəti adamları alçaltmağa çalışmasıdır. Özü də söhbət təkcə tabeliyində olanlardan getmir. Bu adamlar onu 30 ildən çoxdur tanıyır. Həm də təkcə alçaltmağa yox, kimin kim olduğunu göstərməyə çalışır", - Puqaçov deyib.
 
Putin son zamanlar "rus dünyası" udeyasına mübtəla olub. Bu ideyanın manyakı Putinin köməkçisi, hazırda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskidir.
 
"Medinski "rus dövləti", "rus dünyası" ideyalarının mayakıdır. Və Putin məhz belə manyakların əhatəsindədir. Mənim zamanımda ona tələbat olmayıb. Putinin keçmişində qəribə personajlar olub, qalıqlarla qidalanıblar. Medinski də belələrindən olub. Onları hey irəliyə çəkməyə cəhd ediblər, nəticədə indi biz "rus dünyası" haqqında, Leninin Ukraynanı yaratması haqqında sayaqlamaları eşitməyə məcburuq. Və bütün bu uydurulmuş tarixə özü və ətrafı inanır. Medinski və onun ətrafı marginallardan ibarətdir", - Puqaçov vurğulayıb.
 
Başqa bir misal. Putinin sabiq köməkçisi Vladislav  Surkov Xodorkovskinin "Menatep" şirkətində işləyib, sonra "Alfa- qrupu"nda, daha sonra Rusiya prezidenti administrasiyasında çalışıb.
 
"Surkov xırda oğrudur, təsadüfən administrasiyaya düşüb, sonradan özünü şair, yazıçı hesab edib. O, prezident administrasiyasında çalışanda "mövcud olmayan əmrlərə" görə xırda rüşvət alıb", - Puqaçov belə deyib.
 
Patruşev haqqında xüsusilə danışmaq lazımdır.
O, bir çox məsələlərdə Putinlə razı deyil və həmişə onunla rəqabət aparıb.
 
Patruşev 1970- ci illərdə DTK- da (sonradan FTX) xidmət edib, 1998- ci ilin iyulunda FTX- nın direktoru vəzifəsinə onun yox, Putunin təyin edilməsindən çox kədərlənib.
 
"Çünki anlayıb ki, əgər Putin oradadırsa və o, seçilməyibsə, bu, heç yaxşı deyil. - Mən həmişə əmin idim ki, Putin Patruşevlə dostdur və onlar haradasa birgə qulluq ediblər. Amma Patruşev mənə deyib: "Yox, mən heç vaxt Putinlə heç bir yerdə xidmət etməmişəm, heç vaxt onunla üz- üzə gəlməmişəm, ilk dəfə onu FTX- nın direktoru seçiləndə görmüşəm", şərti olaraq deyirəm.
 
Putin FTX direktoru vəzifəsində 1999- ci ilin avqustunadək olub, sonra onu Patruşev əvəz edib. O, bu vəzifədə 2008- ci ilin may ayınadək olub, sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib. Puqaçov deyib ki, Patruşev Putinlə çox vaxt razılaşmır.
 
"Onların münasibətləri necə olub? Patruşev köhnə sovet məktəbinin yetirməsi, "keqebeşnik"dir,  təbii ki, "quzğundur". Onun terrorizm, partlayışlar, faşistlər və s. haqqında dedikləri...uydurmadır...O, nəinki buna inanmır...Amma bunu şüurlu surətdə edir. Ola bilsin ki, hər hansı intriqalar da yaratsın. Bütün bunları başqalarından fərqli olaraq şüurlu surətdə edir. Yəni Patruşev savadlı adamdır, ciddidir, bir çox məsələlərdə Putinlə razılaşmır, həmişə onunla güc strukturlarına, o cümlədən DİN- ə nəzarət uğrunda rəqabət aparıb", - Puqaçov məlumat verib.
 
"Patruşev artıq 80- ni "xirdalayır", problemləri, xəstəlikləri var, amma o, dəyişməyib...Yəni təəccüblüsü odur ki, o, 90- cı illərin demokratik tarixçəsini keçib, amma elə o zamanda ətrafda düşmənlərin olduğunu düşünüb", - biznesmen deyib.
 
Jurnalist "Patruşevin prezidentlik ambisiyaları varmı?" sualına Puqaçov belə cavab verib:
 
"Düşünürəm ki, təbii ki, olub. Amma indi o, yaşa dolub...Hərçənd, 79 yaşlı Baydenə baxsaq...Ola bilsin ki, indi də belə ambisiyası olsun, mən deyə bilmərəm. O, tamam başqa adamdır", - biznesmen belə deyib.

Tarix: 27-04-2022, 16:10
Xəbəri paylaş





Xəbər lenti