"Ukraynada tam qələbə qazanmağın iki yolu var" - Aleksandr Sladkovdan AÇIQLAMA


Rusiya hərbi korpusunun zabiti Aleksandr Sladkov Ukraynada tam qələbəyə nail olmaq üçün öz konsepsiyasını irəli sürüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı hərbçinin fikrincə düşməni təkcə xal qazanmaqla məğlub etmək olmaz. Bunun üçün nokauta salmaq lazımdır. Ancaq travmatik silahla nokaut etmək doğru deyil.
Hərbçi hesab edir ki, Rusiyanın iki variant var: Birincisi yavaş-yavaş müharibə etmək, hər kənddə ləngimək, lakin bununla yanaşı irəliləmək lazımdır. İkinci seçim isə hücumdur. Yəni həlledici zərbə üçün bütün qüvvələrin səfərbər edilməsi vacibdir. Və burada daha rasional olan məqam mövcuddur. Ya 20 ölkəyə, yəni dünyanın iqtisadi liderlərinə qarşı uzun müharibə aparırıq, ya da tez bir zamanda məsələni həll edirik” – Aleksandr Sladkov vurğulayıb.
Hərbi korpusun zabiti hesab edir ki, Rusiya ikinci yolu seçməklə dünya ictimaiyyətinə nüvə silahından istifadə konsepsiyasının dəyişdirilməsi barədə siqnal göndərəcək. Yəni Rusiyanın suverenliyinə təhlükə nümayiş etdirəcək istənilən dövlətə qarşı qabaqlayıcı zərbə vurulacaq:
“Maksimum güc toplamaq və vurmaq lazımdır. Ancaq vurmaq dedikdə nüvə silahlarını nəzərdə tutmuram. Sadəcə Ukraynadakı döyüş potensialını üç dəfə artırmaq vacibdir” – deyə hərbçi fikirlərini tamamlayıb.
Tarix: 27-04-2022, 17:48
Xəbəri paylaş





Xəbər lenti