İş adamlarının mülklərinə həbs qoyuldu


Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub.
 
Bu barədə “Nitsa-Matin” nəşri məlumat yayıb.
 
Belə ki, ölkənin cənubunda Kot d'Azurda Rusiyadan olan iş adamlarına məxsus olduğu iddia edilən üç mülkə həbs qoyulub. Mülklər Oleq Deripaska, Kirill Şamalov və Musa Bajayevə məxsusdur. Versal parkının surəti olan "Trianon" əmlakının "Rus Platinum"un direktorlar şurasının sədri Bajayevin olduğu deyilir.
 
O cümlədən, Sen-Trope yaxınlığındakı “Herkules” villası müsadirə edilib.
 
Bu ilin fevralında Rusiyaya qarşı sanksiya siyasəti başlayandan Fransa 4 yaxta, 6 helikopter və 30-a yaxın lüks mülkə həbs qoyub.
 
Report
Tarix: 28-04-2022, 09:54
Xəbəri paylaş





Xəbər lenti