“Putin Rusiyasının başı Ukraynada əzilməlidir…”


“Putin Rusiyasının başı Ukraynada əzilməlidir…”Kreml, Moskva, Rusiya

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukrayna və Rusiya arasında davam edən müharibədən söz açıb. O bildirib ki, Qərb müttəfiqlərinə Vladimir Putin Rusiyasının keçmiş Sovet İttifaqından daha az etibarlı olduğunu və Ukrayna müharibəsinin 10 ilə qədər davam edə biləcəyini deyib.

Onun sözlərinə görə, Putinin Ukrayna ərazisində öz hökmranlığını saxlamağına icazə verilsə, Moldovaya və ya Gürcüstana hücumlar təşkil edər və bu da münaqişəni uzun illər davam etdirə bilər.
O qeyd edib ki, Britaniya və müttəfiqləri Rusiyanı Ukrayna ərazisindən çıxarmaq üçün daha sürətli hərəkət etməlidirlər.
Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Böyük Britaniyanın xarici işlər nazirinin bu açıqlaması həqiqəti əks etdirir. “Biz ən azından bunu öz üzərimizdə hiss etmişik. Yəni Rusiya süni bir münaqişə ocağı yaradıb və bunu 30 ilə yaxın “idarə” edib. Əgər Azərbaycan 30 ildən sonra özü müdaxilə etməsəydi, bu məsələ hələ bundan sonra 30, 50, bəlkə də 100 il davam edəcəkdi.
 Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi
Bu anlamda hesab edirəm ki, Putin Rusiyasının başı Ukraynadakı müharibədə əzilməlidir. Putin Rusiyası Ukraynaya hərbi təcavüz etdiyinə görə sərt şəkildə cəzalandırılmalıdır. Belnəlxalq birlik Rusiyaya qarşı təzyiqlərini, sanksiyalarını daha da gücləndirməlidir. Putin və Rusiya Ukraynada darmadağın olmalıdır. Həqiqətən də Rusiya Ukraynada darmadağın olmasa, məhv edilməzsə, onun Moldovaya, Gürcüstana, Orta Asiyaya, Baltikyanı ölkələrə, hətta Polşaya da təcavüzü mümkündür. Yəni indiki Rusiyadan və Putindən bu addımları gözləyirəm”.
65 günə yaxındır ki, Rusiya dünyanın gözü qarşısında beynəlxalq hüququ, insan hüquq və normalarını, müharibə qaydalarını pozaraq, ən əsası isə Ukraynanın ərazi bütövlyünü, suverenliyini pozaraq, kobud şəkildə müdaxilə edir, dinc insanları öldürüb, şəhərləri, kəndləri viran edib, başqa bir dövlətin ərazisini işğal edir. Dünya isə Putini durdura bilmir”.
Siyasi şərhçinin sözlərinə görə, insan təlafatına, faciələrə, dağıntılara yol açan Putindən, Rusiya ordusundan Böyük Britaniyanın xarici işlər nazirinin proqnoz etdiyi hərəkətləri gözləmək mümkündür.
Tarix: 28-04-2022, 15:20
Xəbəri paylaş





Xəbər lenti