“Onların hamısını Putinlə birlikdə asacaqlar”


“Onların hamısını Putinlə birlikdə asacaqlar”Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında

Ukrayna müharibəsinin necə bitəcəyi ilə bağlı müxtəlif proqnozlar səslənir. Ən böyük ehtimallardan biri budur ki, Rusiya elitasında parçalanma Kremli dayanmaq məcburiyyətində qoya bilər.

Qonşu ölkədə akkreditasiyası hələ də qalmış yeganə ukraynalı jurnalist Roman Tsımbalyuk bunun müəyyən mənada mümkünlüyünə inanır. Onun fikrincə, elita zamanla öz mənafeyinə uyğun davranacaq.
Bizimyol.info xəbər verir ki, Tsımbalyuk bir müddət əvvəl Rusiyanı tərk edib. O, ekstremizmdə ittiham olunmağa başlayanda şimal ölkəsindən getmək qərarı verib. Tsımbalyuk hadisələri yaxşı təhlil etmək qabiliyyəti ilə seçilir.
“Məncə, Rusiya elitası həzm edə bilməyəcəyi şeyləri itirməyə başlayanda dilə gələcək. Onda bir şey fikirləşməyə başlayacaqlar. İndi orada əksəriyyət psixoloji əməliyyatın əsgərinə çevrilib. Amma bir gün hər şey başqa cür ola bilər”.
Rusiya Prezidenti Vladimir Putinin baş verənlərdən nə dərəcədə xəbərdar olması ilə bağlı çox versiyalar var. İkisini ayrıca fərqləndirmək olar. Birincisi, dövlət başçısı imperator yuxusu görür, yəni onun üçün yaradılan reallığa inanır. İkincisi, Putin gerçəyi bilir, sadəcə, çox qəddar adamdır.
“Biz sadə məsələlərə izah tapmağa çalışırıq. Söz yox ki, Putin gerçəyi yaxşı bilir. Sadəcə, başı xarab olub. Rusiyalıları ya acından, ya da güllədən ölməyə məhkum etmək istəyir”.
Tsımbalyuk hesab edir ki, Milli Təhlükəsizlik Şurasının üzvləri sona qədər Putinin yanında dayanacaq. Çünki onlar hərbi cinayətkarlardır. Şura üzvlərinin başqa cür davranmasını gözləməyə dəyməz.
“Onların hamısını Putinlə birlikdə asacaqlar. Əlbəttə, indi müharibənin gedişatını proqnozlaşdırmaq çox çətindir. Məsələn, deyirlər ki, qarşıdakı 10 gün həlledici olacaq. Gözümüzün qarşısında tarix yazılır. Daha mürəkkəb dəyişikliklərin baş verməsi mümkündür. Belə konkret danışmaq çətindir. Biz uzun müddət müharibə şəraitində yaşamalı, inkişaf etməli, böyüməli olacağıq. Bu həyata uyğunlaşmalıyıq. İndi ən əsas məsələ budur”.
Tarix: 29-04-2022, 00:00
Xəbəri paylaş





Xəbər lenti