"Biz Rusiyaya hücum etmirik, biz Ukraynaya özünü müdafiə etməyə yardım göstəririk..."


ABŞ prezidenti Co Bayden məlumat verib ki, Konqresdən Ukraynaya yardım üçün əlavə vəsaitlərin ayrılmasını imkan daxilində tez bir zamanda dəstəkləməyi xahiş edib.
 
Amerika lideri deyib ki, bu, "ucuz deyil".
 
Moderator.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat verib.
 
Söhbət Ukraynaya dəstək üçün 33 milyard dollardan gedir, bu da ABŞ tərəfindən Rusiyaya qarşı müharibənin maliyyələşməsinin kəskin surətdə artırılması, habelə Rusiya oliqarxlarının sərvətindən aktivlərin çıxarılması üçün yeni hüquqi zəminlər yaradılması deməkdir.
 
"Bu qanun layihəsi bizə Ukraynaya azadlıq uğrunda mübarizəsində dəstək vermək üçün lazımdır", - Bayden Ağ evdə bəyan edib. - Əlbəttə, bu mübarizə ucuz başa gəlmir, amma təcavüzə boyun əymək daha bahadır".
 
Maliyyələşmə sifarişinin 20 milyard dolları silah, döyüş sursatı və digər hərbi yardımı, həmçinin 8, 5 milyard dollar Ukrayna hökumətinə birbaşa iqtisadi yardımı, 3 milyard dolları isə humanitar və ərzaq təhlükəsizliyi sahəsində yardımı nəzərdə tutur.
 
"Biz Rusiyaya hücum etmirik, biz Ukraynaya özünü müdafiə etməsi üçün yardım göstəririk", - Bayden bəyan edib.
 
Agentliyin məlumatında qeyd edilir ki, Ukraynada hərbi əməliyyatları ödəmək üçün Bayden rusiyalı oliqarxların sərvətindən çıxarılan vəsaitlərdən daha çox pullar almaq imkanlarını axtarır.
 
Onun təklifinə görə, qanunvericilər onun administrasiyasının yeni imkanlarını müəyyən edəcək.
 
Bundan başqa, qanun layihəsi sanksiyalardan yayınmaya görə cinayət məsuliyyətinin müəyyən edilməsini nəzərdə tutur", - Ağ ev bəyan edib.
 
Bayden Amerika prokurorlarına korrupsiya haqqında işlərin aparılması üçün daha çox zamanın verilməsini və bu işlərin müddətinin 5 ildən 10 ilədək uzadıla biləcəyini istəyib. Eyni zamanda ABŞ prezidenti əvvəlcədən Rusiya ilə korrupsiya sövdələşmələrindən alınan pullara malik olmağı cinayət məsuliyyətin daşınması kimi elan edib.

Tarix: 29-04-2022, 00:02
Xəbəri paylaş





Xəbər lenti