Nasizm təhlükəsinə qarşı ABŞ QƏRARI - 81 illik "Lend-Liz" qanunun mümkün TƏSİRLƏRİ


Nasizm təhlükəsinə qarşı ABŞ QƏRARI - 81 illik

ABŞ Konqresi 81 il sonra ikinci dəfə Lend-Liz qanununu qəbul etdi. "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” 2 həftə əvvəl Senatda yekdilliklə qəbul olunmuşdu. Nümayəndələr Palatasında da iki partiyanın ittifaqı ilə 417 səslə, cəmi 10 nəfər əleyhinə olmaqla təsdiqlənərək prezidentin imzasına təqdim edildi.
 
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu qanunun qəbulu Ukrayna savaşının gedişatına birbaşa təsir göstərəcək tarixi hadisədir:
 
 
 
"Qanuna əsasən, ABŞ prezidenti konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursatı, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək. Bu yardım müharibənin sonuna qədər sürəcək”.
 
 
 
Ekspert xatırladıb ki, ilk Lend-Liz Hitler faşizminin məğlubiyyətində mühüm rol oynamışdı:
 
 
 
"İkinci "Lend-Liz"in Rusiyaya qarşı qəbulu göstərir ki, ABŞ Putin rejimini də nasizmə bərabər təhlükə kimi görür. Tarixin ironiyasına baxın ki, Rusiya bu müharibəyə "Ukraynanı nasizmdən azad etmək" şüarı ilə başladı, lakin məhz özü nasizmə bərabər təhdid kimi rəsmi qiymətini aldı. Qarşıdakı həftələrdə ABŞ tərəfindən Rusiyanın "terrorizmin sponsoru" elan olunması ehtimalı da var”.
Tarix: 29-04-2022, 15:24
Xəbəri paylaş





Xəbər lenti