"Qoy bunkerdə otursun..."- Bayden Putini "G20" sammitində görmək istəmir...



Ağ Ev İndoneziyanı Rusiyanı noyabrda keçirilməsi planlaşdırılan "G20" sammitinə buraxmamağa çağırıb. Onlar Rusiya prezidenti Vladimir Putini görüşdə görmək istəmirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
 
Ağ Evdə başa düşürlər ki, İndoneziya Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Putini tədbirə dəvət edib. Bununla belə, bu sammitə ev sahibliyi edən ölkədən öz dəvətinə yenidən baxması xahiş olunur.
 
"Prezident Bayden prezident Putinin "G20"-də iştirakına qarşı olduğunu açıq şəkildə ifadə edib", - Baydenin mətbuat katibi Cen Psaki bildirib.
 
İndoneziya sülhü bərpa etməyə çağırdı...
 
"G20" sammitinə təkcə Rusiya deyil, Ukrayna da qonaq qismində dəvət olunub.
 
İndoneziya prezidenti Coko Vidodo Putinin dəvətini təsdiq edərək, "İndoneziya "G20"-ni birləşdirmək istəyir. Parçalanmaya imkan verməyin. Sülh və sabitlik qlobal iqtisadiyyatın bərpası və inkişafının açarıdır" -deyə prezident bildirib.
 
 ABŞ isə Ukraynanın dəvət olunmasını alqışlasa da, bununla belə, Ağ Ev altı aydan sonra sammitin necə görünəcəyini proqnozlaşdırmağı öhdəsinə götürmür.
 
 
"Daha altı ay... Odur ki, bunun necə olacağını bilmirik, indidən deyə bilmərik. Biz açıq və özəl olaraq öz fikrimizi bildirdik ki, rusların bu işin bir parçası olması lazım deyil" - Psaki qeyd edib.
 
O, həmçinin əlavə edib ki, Rusiya diplomatik danışıqlarda konstruktiv iştirak etmək hazırlığını heç cür nümayiş etdirmir.
 
Tarix: 30-04-2022, 11:25
Xəbəri paylaş





Xəbər lenti