“Ruslar içib qarət etdilər, buryatlar isə içdilər və öldürdülər” – Buça qətliamının şahidi





Buçada vəhşilik törədən işğalçıların orta yaşı 20-25 il idi.
Düşmən ordusu tərəfindən Buçanın işğalı bir neçə mərhələdə gedib. Birinci olaraq Buçaya ruslar girdi, onların ardınca isə buryatlar.
Bu barədə UNİAN-a eksklüziv şərhdə volontyor Sergey Petrenko danışıb. O, soxulma anında Buçada olub və işğalçıların əsirliyinə düşüb.
«Yalnız onu deyə bilərəm ki, ilk olaraq, Buçaya ruslar girdi. Sonra buryatlar oldu. Özlərini müxtəlif cür apardılar, öz aralarında təmasda olmadılar və mənə belə gəldi ki, ruslar buryatlardan qorxurlar. Qısaca və əhatəli desəm, o zaman ruslar içib qarət etdilər, buryatlar isə içib sonra öldürdülər» - volontyor deyib.
«Onların və digərlərinin (rusların və buryatların) orta yaşı 20-25 idi. Əlbəttə, yaşlı kişilər də var idi, amma əsasən, onlar tamam «yaşıl» oğlanlar idilər. Ruslar oğurluq edirdilər. Hər şeyi mağazalardan daşıyırdılar, mənzillərin qapısını açırdılar. Əgər sakinlər getməmişdilərsə, qapıları açırdılar və hər şeyi aparırdılar. Alkoqolu yeşiklərlə çıxarırdılar və hər şeyi içirdilər. Mobilnikləri, pulları, texnikanı, pal-paltarı… hər şeyi yeşiklərlə və kisələrlə oğurlayırdılar» - volontyor deyib.
O, deyib ki, işğalçılar videoya düşməkdən qorxurdular.
«Onlar çox qorxurdular ki, kimsə onları mobil telefonla çəkər, videonu harasa qoyar, ona görə, insanların telefonunu o saat alırdılar» - volontyor deyib.
Tarix: 30-04-2022, 11:47
Xəbəri paylaş





Xəbər lenti