Hücuma keçən ruslara pis sürpriz - "Qonaqpərvərliklə" qarşılandılar...

Hücuma keçən ruslara pis sürpriz -
Rus paraşütçüləri Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrin mövqelərinə hücum ediblər, amma yalnız yeddi işğalçı sağ qala bilib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
 
“Qoşunlarımızın mövqeləri düşmən ordusunun paraşütçülərinin hücumuna məruz qalıb. Onları mexanikləşdirilmiş briqadamızın əsgərləri “qonaqpərvərlik”lə qarşılayıblar, nəticədə yalnız yeddi işğalçı sağ qala bilib, qalanları məhv edilib”, - Qayday bildirib.
 
Onun sözlərinə görə, ruslar Severodonetsk və Popasnya istiqamətlərində hücuma keçməyə çalışırlar:
 
"Severodonetskə hücuma hazırlaşan ruslar Rubijne və Popasnanı tamamilə ələ keçirmək istəyirlər”.

Tarix: 30-04-2022, 12:00
Xəbəri paylaş





Xəbər lenti