Donetskdə "Toçka- U" partlayıb



Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri Donetskin Snejnoye şəhəri üzərində "Toçka-U" raketini vurub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, raketin qalıqları bir neçə binaya ziyan vurub.
"Raket parçaları Çeryomuşki mikrorayonuna düşüb, nəqliyyat, infrastruktur və xeyli evə ziyan dəyib", - "Donetsk xalq Respublikasının" yaydığı məlumatda deyilir.
Qeyd edək ki, "Toçka -U" dağıdıcı gücə malik raketdir və Ukrayna müharibəsi başlayandan ondan bir neçə dəfə istifadə edilib.
Tarix: 30-04-2022, 15:27
Xəbəri paylaş





Xəbər lenti