Rusiyanın Ukrayna ilə həmsərhəddə olan dəmir yolu körpüsü uçdu


Xəbər verdiyimiz kimi, Rusiyanın Kursk vilayətində Ukrayna ilə sərhəddə olan dəmir yolu körpüsü uçub. Region qubernatoru Roman Starovoytun sözlərinə görə, bu gün saat 11:20 radələrində Suca-Sosnovıy Bor dəmir yolunun 67-ci kilometrliyində körpünün konstruksiyaları qismən dağılıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

"Təəssüf ki, məlumat təsdiqini tapdı. Bu, təxribat idi. Buna görə də cinayət işi açılıb. İstintaq orqanları, hüquq-mühafizə orqanlarının mütəxəssisləri araşdırma aparacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, Kursk vilayətinin Suca rayonu Ukrayna ilə həmsərhəddir.
Tarix: 1-05-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti