"Putin tezliklə cərrah bıçağı altına düşəcək və ölkəyə Patruşev rəhbərlik edəcək..."


O, bıçaq altında olan müddətdə ölkəyə kim rəhbərlik edəcək?
 
Rusiyanın 69 yaşlı prezidenti Vladimir Putin tezliklə cərrah bıçağı altına düşəcək. Kreml rəhbərinin olmadığı müddətdə ölkəyə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Sun" nəşri yazıb.
 
Nəşrin sözlərinə görə, 70 yaşlı Patruşev Ukraynada hərbi strategiyanın həlledici arxitektoru hesab edilir və məhz o, Putini Kiyevin nasistlərlə dolu olduğuna inandıra bilib.
 
"Sun" Kremlin sabiq yüksək vəzifəli əməkdaşınının sözlərindən iqtibas gətirərək məlumat verib ki, Putin öz həmkarları ilə qarşıdakı tibbi prosedurları müzakirə edib. Məmurun adı açıqlanmır. Jurnalistlər audioyazıya istinad edir, orada təhrif edilmiş səslə kimsə müəyyən müddət ərzində Putinin əmək qabiliyyətli olmayacağını və Kreml liderinin sağlamlıq vəziyyətinin pisləşəcəyi barədə məlumat verib, çünki onda xərçəng, Parkinson xəstəliyi və şizoaffekt pozuntu (şizofreniya əlamətləri ilə affekt pozuntularının kombinasiyası) mövcuddur.
 
"Putinin uzun müddət əmək qabiliyyətli olmadığı və kənarda olduğu zaman tutaq ki, 2- 3 günə ölkənin faktiki idarəçiliyi Patruşevə keçib, - səs yazısında eşidilir. - Mən deyim ki, bu, ən pis variantdır və Putinin sağlamlıqla bağlı ciddi problemləri olduğunu desəm yanılmaram...Biz gözəl bilirik ki, onda onkologiya var, Parkinson xəstəliyi var, şizoaffekt pozuntu var. Biz bu barədə dəfələrlə danışmışıq".
 
Məlumat verilir ki, bir çox tibb işçiləri onkoloji xəstəliyin inkişaf etməsinin uzun müddət qarşısının alınmasına nail olmasına rəğmən, hazırda Putinin vəziyyəti pisləşməkdədir.
 
"Hazirda xəstəlik inkişaf etməkdədir. Və proqnoz...Yox, proqnozlar verib sizi bir daha ümidləndirmək istəməzdim", - səs yazısında belə deyilir.
 
Öz növbəsində "General CBP" Telegram- kanalı yazıb ki, Putinin müalicə həkimləri yaxın gələcəkdə cərrahiyyə əməiyyatının keçirilməsinin zəruriliyinə təkid edir, hərçənd, Putin prinsipial razılığını verməyib və əməliyyatın tarixi razılaşdırılmayıb. Rusiya prezidenti  "Patruşevin reaksiyasını və vədlərini almağa tələsib".
Putinlə söhbətdən sonra Patruşev guya ilhama gəlib və "əla əhval- ruhiyyədə" olub.
 
"Patruşevin belə hala düşməsinin səbəbi onun Putinlə iki saatlıq söhbəti olub. Söhbət səmimi keçib və, hər ikisinin reaksiyasını nəzərə alaraq, nikbin keşməsini demək olar. Bizim məlumatımıza görə, Putin hərbi planlarının gerçəkləşməsi ilə bağlı problemləri Patruşevin üzərinə qoymayıb, üstəlik, onun üzərinə icra edilə bilən vəzifələri qoyub və Patruşev də onları qəbul edərək, tez bir zamanda nəticəsi olacağını vəd edib", - "General CBP" məlumat verib.
 
Mümkün cərrahi əməliyyatın tarixi hələ açıqlanmır, onun 9 mayadək, Putinin Qələbə günündə Moskvada çıxışınadək olması az ehtimal edilir.
Qərb analitikləri 9 mayda ümumi səfərbərliyin elan edilməsini istisna etmir.

Tarix: 1-05-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti