Müdafiə Nazirliyi: “Azovstal”dan 80 mülki şəxs təxliyə edilib



Nazirlik təxliyə edilənlər arasında qadınlar və uşaqların olduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Mariupoldakı “Azovstal” zavodunun ərazisindən 80 mülki şəxsin təxliyə edildiyini açıqlayıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, nazirliyin açıqlamasına görə, təxliyə edilənlər arasında qadınlar və uşaqlar da olub.
“Dinc sakinlər “Donetsk Xalq Respublikası”nın Bezimenno kəndinə təxliyə ediliblər. Onların hamısı qida ilə, yataqxana və lazımi şəraitlə təmin olunub. Kiyevin nəzarətində olan ərazilərə getmək istəyənlər BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verilib”, - deyə açıqlamada vurğulanıb.
Tarix: 2-05-2022, 10:33
Xəbəri paylaş





Xəbər lenti