Rusiya mülki təyyarəni "Stinger"lə vuraraq Ukraynaya qarşı təxribat törətmək istədi...

Rusiya mülki təyyarəni
Rusiya və Belarus üzərində sərnişin təyyarəsinin vurulması planlaşdırılıb...
 
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya və Belarus əraziləri üzərində sərnişin təyyarəsinin vurulmasını və bunda Ukraynanı ittiham etməyi planlaşdıran diversiya kəşfiyyat qrupunu (DKQ) zərərsizləşdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə UTX- nın spikeri Artyom Dextyarenko məlumat verib.
 
Onun sözlərinə görə, Ukraynanın güc strukturları çöxmərhələli xüsusi əməliyyat keçirərək, dərin konspirasiya edilmiş diversantları neytrallaşdırıb.
 
"Hava gəmisinə hücumda Ukraynanı və tərəfdaşlarımızı ittiham etmək niyyəti güdülüb. Təxribatın törədilməsi üçün cinayətkarlar mülki təyyarəni "Stinger" zenit- raket kompleksi (ZRK) ilə atəşə tutmaq istəyib.
 
Xarici ZRK- nı oğurlamaq və gizli surətdə xaricə aparmaq üçün işğalçı ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri öz casus qrupuna müvafiq tapşırıq verib", - Dextyarenko deyib.
 
UTX- nın nümayəndəsinin sözlərinə görə, DKQ- nin tərkibində ikili vətəndaşlığı olan iki nəfər və onların ələ aldığı ortağı olub.UTX- nin məlumatına görə, onların fəaliyyətini Rusiya Baş Qərargahı idarəsinin peşəkar əməkdaşı şərti adı "Morpex" olan Aleksandr Tyüterev koordinasiya edib.
 
"Müəyyən edilib ki, əvvəllər o, Odessa vilayətində bir neçə terror aktlarının təşkilində iştirak edib və buna görə axtarışda olub. Onun tapşırığı ilə düşmən casusları vətənpərvər ruhlu könüllülər adı altında USQ nümayəndələri ilə əlaqə qurmağa cəhd edib. 
 
"Etibarlı" münasibətlər yaradılması üçün onlar ukraynalı hərbçilərə üzdənirq kadırovçu işğalçı bölmələrinin mövqeləri və hərəkəti barədə dəqiq məlumatlar ötürüb. Sonradan Rusiya agenturası işlənmiş təmasları xarici ZRK- nın qanunsuz əldə edilməsi və onun işğalçı ölkəyə verilməsi üçün istifadə etməyi planlaşdırıb", - USQ- nin mətbuat xidməti məlumat verib və qeyd edib ki, xüsusi əməliyyat zamanı USQ əməkdaşları diversiya- kəşfiyyat qrupunun bütün üzvlərini həbs edib.
 
Hazırda ifşa edilmiş cinayətin bütün təfərrüatlarının müəyyən edilməsi və onun təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün istintaq- əməliyyat tədbirləri davam etdirilir.
 
"Göstərilən cinayətkar planlarının ifşa edilməsi ilə bərabər, USQ Rusiya kəşfiyyat xidmətlərinin xeyli dərəcədə deqradasiyası edilməsini sübut edən faktları ifşa edib. Müəyyən edilib ki, "Morpex" öz rəhbərliyinə Ukraynada uğurları barədə yalan danışıb və ona tabe olan DKQ- yə Ukraynanın arxa cəbhəsində terror aktının saxtalaşdırılması tapşırıqlarını verib. O cümlədən guya "ərazi müdafiə taborlarının blokposta hücumu"nun saxtalaşdırılan foto və videomateriallar hazırlayıb", - UTX- nin spikeri əlavə edib.
 
Bundan əvvəl 2005- 2010- cu illərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olmuş ordu generalı Nikolay Malomuj xəbərdarlıq edib ki, Kreml Rusiyada və onun hüdudarından kənarda təxribat və terror aktlarını təşkil etməyi və bunların məsuliyyətini USQ- nin üsərinə qoymağı planlaşdırıb.

Tarix: 2-05-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti