İsveçrəlı jurnalistlər Kabayevanın doğuşa kiminlə gəldiyini danışan həkimi arayıb tapdılar...

İsveçrəlı jurnalistlər Kabayevanın doğuşa kiminlə gəldiyini danışan həkimi arayıb tapdılar...
"Kabayeva çox xoşsimalı, əsl idmançı, ünsiyyətçil və təvazökar qadındır..."
 
Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019- cu illərdə iki oğlu doğulub, onlardan biri İsveçrədədir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsveçrənin "SonntagsZeitung" nəşri məlumat yayıb.
 
Nəşrin iddiasına görə, bu oğlan uşaqlarını bədii gimnastika üzrə Afina- 2004 Olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib. Putinlə onun yaxınlığı barədə son vaxtlar bir çox KİV- lər yazıb.
 
İsveçrə qəzeti, iddia edildiyi kimi, hər iki doğuşu qəbul edən həkimin tanışına istinad edib. Jurnalistlər həkimin və tanışının soyadlarını onların xahişi ilə açıqlamır.
 
"Bizim mənbə dəqiq deyib: Alina ilə Putinin arasında münasibətlər mövcud olub. Onların iki oğlan övladları Putinin övladlarıdır. Alinanın başqa münasibətləri olmayıb, bu, onun üçün çox təhlükəli ola bilərdi", - "SonntagsZeitunhg" yazıb.
 
İsveçrəli ginekoloq, iddia edildiyi kimi, əslən Rusiyadandır, gənclik illərində Putinlə tanışlığı olub, lakin 30 il öncə İsveçrəyə mühacirət edib.
Mənbənin sözlərinə görə, Luqano şəhərindəki (ölkənin cənubundakı Tiçino regionu) klinika 2015- ci ildə uşağın doğulması yeri kimi seçilib ki, doğuş gizli saxlanılsın.
 
"Ginekoloqun Moskvaya doğuş üçün gəlməməsinin və hamilə Kabayevanın Tiçinoya aparılmasının tək səbəbi bütün bunların gizli saxlanılması olub", - İsveçrə qəzeti yazıb.
 
Lakin doğuşu gizlətmək mümkün olmayıb. Kavayebanın oğlan uşağının dünyaya gətirməsini o zaman bir sıra KİV- lər məlumat verib. O zaman da atanın Putin ola biləcəyi barədə şayiələr meydana çıxıb, lakin Kremlin mətbuat katibi Dmitri Peskov bu məlumatı qəti şəkildə təkzib edib.
 
Dörd ildən sonra Alina Kabayeva yenidən oğlan uşağı dünyaya gətirib, bu dəfə doğuş Moskvada baş tutub. Nəşrin həmsöhbətinin sözlərinə görə, "bu, prezidentin qərarı olub". Doğuşu həmin isveçrəli həkim qəbul edib.
 
İddia edilir ki, hər iki hamiləlik zamanı Kabayeva bir neçə dəfə Luqanoya gəlib, amma Putin onunla birlikdə olmayıb. Mənbə Kabayevanı "çox xoşsimalı qadın, əsl idmancı, çox açıq ünsiyyətli və təvazökar" olduğunu təsvir edib. Doğuşa o, anası və bacısı ilə, cangüdınlərsiz gəlib", - o, əlavə edib.

Tarix: 2-05-2022, 10:52
Xəbəri paylaş





Xəbər lenti