Müxalifət partiyasının sədr müavini tutuldu



Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.
 
Siam.az xəbər verir ki, bunu siyasətçi feysbuk səhifəsində yazıb.
 
Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb.
 
Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.
 
Report
Tarix: 2-05-2022, 13:47
Xəbəri paylaş





Xəbər lenti