İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var - YENİLƏNİB

İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var - YENİLƏNİB
Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.
 
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkayının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.
 
Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.
 
Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 
 
Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.
 
08:55
Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir.
 
“Report” xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.
 
Onun sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhəri iflic vəziyyətinə salınacaq, küçə və yol ayrıcıları bağlanacaq. “Sürücüləri avtomobilləri saatda maksimum 15 km sürətlə sürməyə, yol kəsişmələrində gecikməyə çağırıram", - Saqatelyan deyib.
 
O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.
 
Qeyd edək ki, bazar ertəsi səhər Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində İrəvanın mərkəzində küçələri bağlayan 244 nümayişçini saxlayıb. İrəvanın mərkəzindəki “Fransa” meydanına toplaşan müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Tarix: 3-05-2022, 11:13
Xəbəri paylaş





Xəbər lenti