"Mənə dedilər ki, mayın 9-da müharibə dayandırılacaq" - Papadan sürpriz açıqlama


"Mənə dedilər ki, mayın 9-da müharibə dayandırılacaq" - Papadan sürpriz açıqlamaVladimir Putin və Roma Papası Fransisk

Macarıstanın baş naziri Viktor Orban Roma Papası Fransiskə bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə son qoymağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, rəsmi Moskvanın planına görə, bu, guya onlar üçün müqəddəs bir tarixdə - mayın 9-da baş verməlidir.
İtaliyanın “ Corriere Della Sera” qəzetinə müsahibə verən Roma Papası Fransisk deyib ki, bu barədə ona Viktor Orban deyib. Onun sözlərinə görə, Orbanla görüş zamanı o, şəxsən özü Roma Papasına deyib ki, Putin mayın 9-da müharibənin başa çatdığını elan edəcək. Papa Fransisk vurğulayıb ki, müharibə dəhşətli vəziyyətdir və ona son qoyulmalıdır..
"Orban görüşümüz zamanı mənə dedi ki, Rusiyanın planı var ki, hər şey mayın 9-da bitəcək. Ümid edirəm ki, belədir. Çünki indi təkcə Donbassdan söhbət getmir, Krım, Odessa, Qara dəniz limanını Ulraynanın əlindən alırlar",- deyə Papa bildirib.
O qeyd edib ki, hələ də pessimistdir, lakin müharibənin dayandırılması üçün hər cür səy göstərməyə hazırdır. Roma Papası Fransisk Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib. Lakin Kremldən heç bir cavab gəlməyib. Ümumiyyətlə, bildirildiyinə görə, Putin son vaxtlarda Roma Papasının 3 müraciətini cavabsız buraxıb.
Son günlər yayılan fikirlərə görə isə, Putin mayın 9-da müharibənin bitdiyini elan edə bilməyəcək. Çünki müharibəyə başlayarkən açıqladığı məqsədlərin heç birinə nail olmayıb. Putin indiki halda müharibəni dayandırsa, hesabat vermək mərhələsi başlayacaq. O zaman Putin müharibənin nəyə görə aparıldığı və hansı hədəflərə nail olunduğu barədə danışmağa söz tapmayacaq.
Qərb kəşfiyyat mənbələrinin bildirdiyinə görə, əksinə, Putin mayın 9-da Ukraynaya qarşı rəsmən müharibə elan edəcək. Çünki ölkə boyunca səfərbərlik elan etmək üçün səbəb olmalıdır və bu səbəb yalnız müharibə ola bilər. Ehtimal edilir ki, Putin az qala bütün dünyanın onlara qarşı vuruşduğunu əsas gətirərək xalqdan dəstək istəyəcək və ardınca səfərbərlik başlayacaq.
Tarix: 3-05-2022, 14:30
Xəbəri paylaş





Xəbər lenti