Erməni müxalifəti hakimiyyətlə danışığın şərtini açıqlayıb



"Hakimiyyətlə danışıqların yalnız bir gündəliyi var: Nikol Paşinyanın istefası"
"Hakimiyyətlə danışıqların yalnız bir gündəliyi var: Nikol Paşinyanın istefası. Onlarla başqa heç nə danışmaq fikrində deyilik". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentin vitse-spikeri, müxalifətin keçirdiyi aksiyaların təşkilatçılarından biri İşxan Saqatelyan deyib.
Onun sözlərinə görə, bu gün Paşinyan hakimiyyətinin yalnız bir dayağı var - polis: "Ona görə də hökumət rəsmiləri vaxtaşırı etirazçılara qarşı zorakılığa görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlıqlarını bildirirlər".
“Hakimiyyətin hələ də Paşinyanla xəyanətkarlığı və qanlı məsuliyyəti paylaşmamaq üçün tarixi şansı var. Qəbul etsələr, lap yaxşı, qəbul etməsələr, gec olacaq”, - deyə Saqatelyan vurğulayıb.
Qeyd edək ki, iki həftədən çoxdur Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar başlayıb. Bu günlərdə aksiyalar daha da şiddətlənib, polislə etirazçılar arasında qarşıdurmalar yaşanır. Məlumatlara görə, 300-ə yaxın etirazçı saxlanılıb. 
Tarix: 3-05-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti