Rusiya Xəzərdən Ukraynaya raket zərbəsi vurub


Rusiya Xəzərdən Ukraynaya raket zərbəsi vurub

Mayın 3-ü axşam saatlarında Ukraynaya raket zərbələri endirmək üçün Rusiya Xəzər regionundan strateji bombardmançı təyyarələr və digər hərbi vasitələr gətirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Mayın 3-də axşam Ukraynanın hər yerində hava hücumu olub. Rusiyanın "Tu-95" və ya "Tu-160" strateji bombardmançı təyyarələri Xəzər regionundan raket hücumu həyata keçirir. Dnepropetrovsk, Kirovoqrad, Lvov, Vinnitsa, Kiyev və Transkarpat vilayətlərinin infrastruktur obyektlərini vuran 18-ə yaxın raket atılıb. Həmçinin Odessa və Donetsk vilayətlərinə də başqa vasitələrdən raket zərbələri endirilib”, - məlumatda deyilir.
Qeyd edildiyi kimi, mayın 3-də gün ərzində ilkin məlumatlara görə, Ukrayna Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə vasitələri tərəfindən Rusiyaya məxsus azı 8 qanadlı raket vurulub. 7 pilotsuz uçuş aparatının və bir təyyarə raketinin məhv edilməsi barədə də məlumat var.
“İşğalçı ordu təyyarə və helikopterlərinin qorumaq üçün, Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava məkanına daxil olmurlar. Raket hücumlarını uzaq məsafədən həyata keçirirlər.
Lakin Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası gün ərzində onlarla uçuş həyata keçirib. Hücum qırıcı təyyarələr qrupunun ardığıl zərbələri ilə düşmən qoşunlarının, sursat anbarlarının və canlı qüvvənin cəmləşdiyi əraziyə təxminən on raket və bomba zərbəsi endiriblər”, - komanda qeyd edir.
Xatırladaq ki, Rusiyanın raket zərbələri Ukraynanın mərkəzində və qərbində altı dəmiryol stansiyasına ziyan vurub.
Tarix: 4-05-2022, 09:21
Xəbəri paylaş





Xəbər lenti