Böyük Britaniya Ukraynaya “qasid” dronlar göndərəcək - “Malloy T150” kvadrokopterləri nə işə yarayır?


 
Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə “Malloy T150” tipli “qasid dronlar” bağışlayacaq.
 
Ovqat.com “Sky News” telekanalına istinadən xəbər verir ki, sözügedən pilotsuz təyyarələr Böyük Britaniyanın Baş naziri Boris Consonun mayın 3-də elan etdiyi 300 milyon funt-sterlinqlik yeni hərbi yardım paketinin bir hissəsidir.
 
Pilotsuz təyyarələr Britaniya Kral Dəniz Piyadaları tərəfindən sınaqdan keçirilib. Onların uçuş məsafəsi 70 km-dir. 
 
Bu kvadrokopterlər 68 kq-a qədər avadanlıq daşıya bilir.
 
Məlum olduğu kimi, Ukraynanın coğrafi relyevi 10, bəzən isə 100 km.-lərcə uzanan düzənliklərdən ibarətdir. Bu da ön cəbhədə savaşan Ukrayna əsgərlərinin təchizatında müəyyən problemlər yaradır. Düzəngahlarda ön cəbhəyə silah-sursat daşıyan yük maşınları və hərbi texnikalar açıq hədəf halına gəlir, Rusiyanın artilleriya və raket atışları ilə vurulur. Bu da avadanlıqların daha təhlükəsiz vasitələrlə - qasid dronlarla daşınmasını şərtləndirir.
 


Tarix: 4-05-2022, 09:40
Xəbəri paylaş





Xəbər lenti