Dneprə raket zərbəsi endirildi


Dneprdə dəmir yolu infrastrukturuna raket zərbəsi endirilib.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Telegram -da “Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib.

“Rusiya qoşunları dəmir yolu infrastrukturunu hədəfə almaqda davam edir.Dneprdə dəmir yolu infrastrukturuna növbəti raket hücumu baş verdi, dəmiryolçular arasında qurbanlar yoxdur”, - Kamışin yazıb.

Onun sözlərinə görə, dəymiş ziyanın dərəcəsi hava siqnalından sonra qiymətləndiriləcək.
Tarix: 4-05-2022, 22:29
Xəbəri paylaş





Xəbər lenti