"Hakimiyyət binalarda deyil, küçələrdədir" - Ermənistanda vəziyyət gərginləşir





"İqtidarın binalarda deyil, küçələrdə olmasına görə müxalifətin hökumət binalarını ələ keçirməsinə ehtiyac yoxdur".
"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı, "Daşnaksütyun" partiyasının üzvü Kristine Vardanyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, MTX və polis müxalif qüvvələrin parlamentin binasını ələ keçirmək niyyəti ilə bağlı əməliyyat məlumatı aldıqları barədə bəyanat yayıblar.
"Ermənistanın layiqli vətəndaşlarına heç bir binanı ələ keçirməyə ehtiyac yoxdur, ona görə ki, hakimiyyət artıq binalarda deyil, Ermənistanın küçələrində, ermənilərin əlində cəmləşib. Bizə səbirlə yanaşmaq qalır. Qətiyyətlə təxribatlara boyun əyməməkdə qərarlıyıq”, - deputat qeyd edib.
Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı apardığı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.
Tarix: 4-05-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti