Peskov Rusiyada ümumi səfərbərlik söhbətlərini təkzib edib – “Bu, yalandır, səfeh söhbətdir”





Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hakimiyyətin Qələbə Günü (mayın 9-u) ümumi səfərbərlik elan etmək barədə yayılmış xəbərlərə və yazılara inanmamağa və qulaq asmamağa çağırıb.
Bu barədə o, bu gün jurnalistlərə bəyan edib.
«Bu, yalandır, səfeh söhbətdir» - TASS Kreml nümayəndəsindən sitat gətirir.
O, həm də inandırıb ki, Ukraynada mayın 9-da müharibə elan olunmasının heç bir ehtimalı yoxdur: «Bu, səfeh söhbətdir».
Bundan əvvəl, «Lenta.ru» və bir sıra KİV-lər, hamısından əvvəl xarici KİV-lər belə iddialarla çıxış etmişdilər ki, Kreml Qələbə Günü rəsmi surətdə Ukraynaya müharibə elan etməyə hazırlaşır.
Tarix: 5-05-2022, 17:36
Xəbəri paylaş





Xəbər lenti