Rusiyaya tətbiq edilən sanskiyalar ləğv edilir?


Rusiyaya qarşı sanksiyaların ləğvi yalnız Ukrayna tərəfi ilə razılaşmalar əldə olunandan sonra baş verə bilər.
 
Pravda.az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
 
Şolts, həmçinin Rusiyanın Ukrayna ilə razılığa gəlməyə məcbur olacağına inandığını vurğulayıb.
 
“Biz sanksiyalarımızı yalnız Ukrayna ilə məsləhətləşmələrdən sonra götürmək niyyətindəyik. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Moskva ilə Kiyev arasında sülh razılaşması əldə olunmayana qədər ləğv olunmayacaq”, - deyə Şolts qeyd edib.
Tarix: 5-05-2022, 20:54
Xəbəri paylaş





Xəbər lenti