"Almaniyada çoxları hesab edir ki, Kremlə minnətdarlıq borcumuz var" - Alman siyasətçisi


"Almaniyada çoxları hesab edir ki, Kremlə minnətdarlıq borcumuz var" - Alman siyasətçisiKreml, Moskva, Rusiya

Rusiyanın Ukraynaya qarşı müharibəsi boyu Almaniyanın xarici, ticarət və təhlükəsizlik siyasəti mikroskop altında olub.

Bizimyol.info xəbər verir ki, hazırkı Almaniya hökuməti - Sosial Demokratlar (SPD), Yaşıllar və Azad Demokratlar koalisiyası - Avropa və Amerika müttəfiqləri ilə müqayisədə dəfələrlə çox Moskvaya qarşı nisbətən yumşaq bir xətt qəbul etməkdə ittiham olunur.
SPD və keçmiş alman siyasətçiləri və diplomatları da Rusiya ilə münasibətlərində tarixi səhvlərə yol verdiklərinə görə ittiham olunublar.
Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik SPD-ni “Putinə dost siyasət” nümayiş etdirməkdə günahlandırıb və tvitində: “SPD Rusiyadakı şanlı keçmişi ilə hələ vidalaşmayıb. İki seçim var, biri səhvləri etiraf etmək, digəri isə bu gün baş verən hadisələrdən düzgün nəticə çıxarıb cəsarətlə hərəkət etməkdir”.
Almaniyanın ABŞ-dakı keçmiş səfiri, eyni zamanda 2008-2022-ci illərdə Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsində çalışmış Volfqanq İşinger Almaniyanın Rusiya siyasətinin tarixə söykəndiyini bildirib.
“İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra böyük bir qrup alman hesab edirdi ki, əgər bu gün ölkədə sabitlik varsa, bunun səbəbi Sovet İttifaqından olan yüz minlərlə əsgərin bir güllə də atmadan Almaniya ərazisini tərk etməsidir. Almaniyada çoxları hesab edir ki, bu ölkənin öz növbəsində Rusiya ilə iqtisadi və siyasi tərəfdaşlıq təşəbbüsü ilə Kremlə müəyyən minnətdarlıq borcu var”,- deyə diplomat qeyd edib.
Amma İşinger bildirib ki, Almaniya bu illər ərzində Rusiyanın artıq tərəfdaşlıqda maraqlı olmadığını dərk edə bilməyib: "Rusiya artıq xeyli müddətdir ki, zamanı geriyə - keçmiş Sovet dövrünə çevirmək istəyir. Berlin tərəfdaşlıq ideyasına inanmağa davam etdi, baxmayaraq ki, başqaları Almaniyanın bu ideyadan əl çəkməməsinin bədəlini ödəyəcəyi barədə xəbərdar etməyə çalışdılar",- deyə o qeyd edib.
"Berlində müxtəlif ideologiyaları və fəlsəfələri əhatə edən, istənilən böhrana qarşı vahid siyasətin formalaşdırılmasını çətinliyə çevirən üç fərqli siyasi partiyamızın olduğunu başa düşmək vacibdir",- deyə o əlavə edib.
Tarix: 5-05-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti