"Məğlubedilməz"in biabırçı hərbi kəşiyyatı: Ukrayna Rusiyanı necə alçaldır?

"Məğlubedilməz"in biabırçı hərbi kəşiyyatı: Ukrayna Rusiyanı necə alçaldır?Vladimir Zelenski və Vladimir Putin

Ukrayna arzusu kabusa çevrilən Vladimir Putini ən çox qəzəbləndirən məqam alçaldıcı müharibədən daha çox, Rusiya hərbi kəşfiyyatının səriştəsizliyi və qeyri-peşəkarlığıdır. Çünki KQB-nin keçmiş agenti Putinin komandanlığı altında olan Rusiya kəşfiyyat bölmələri prosesi idarə edə bilmir. Daha dəqiq desək, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın “Mİ6”-na qarşı ciddi şəkildə uğursuzluğa düçar olub.

Məsələn, Putin Ukraynanın qətiyyətindən, bacarığından və müqavimət göstərmək qabiliyyətindən xəbərsiz olduğu halda, Rusiyanın hara hücum edəcəyi, hansı bölgələrdən və qoşunlarla girəcəyi, ilk hədəfin harada olacağı ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin müfəssəl hesabatları günlər əvvəl dərc edilib. Moskvanın hücum planı isə ümumi şəkildə elan edilən bu plana əsasən həyata keçirilirdi.
İngiltərə Baş Qərargah Kəşfiyyatı da sahə və xəritələr haqqında saatlıq məlumat paylaşıb. Deməli, həm hərbi, həm də siyasi baxımdan MKİ və Mİ6 Kremlin beynini oxuyub. Proses elə indi də belə davam edir. Ona görə də bu gün dünyanın ən qüdrətli ordularından biri adlandırılan  Rusiyaya qarşı  ukraynalıların uğurundan danışılırsa, Qərbin, xüsusilə MKİ və Mİ6-nın kəşfiyyat dəstəyi və üstünlüyü ön plandadır. Çünki kəşfiyyatçıların fikrincə, Ukrayna xüsusi xidmətinin Rusiya xüsusi xidmətinə qalib gəlməsi çətindir. Bu uğur, belə bir mənzərə Qərbdən ciddi kəşfiyyat dəstəyi olmasa ortaya çıxmaz. Təbii ki, eyni şey Ukraynaya verilən müasir silahlardan istifadəyə də aiddir, xüsusən də kritik hədəfləri vurmaq baxımından. Bəs bu, necə baş verib?
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz rolunu mahir şəkildə oynadı. MKİ təkcə kəşfiyyat dəstəyi yox, Ukraynanın hazırkı mövqeyini çox yaxşı gizlədə bildi. Təbii ki, təkcə kəşfiyyat deyil, qəbul etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələrinin bazasında tətbiq etdiyi bütün texnologiyalar geridə qalmış, köhnəlmiş Rusiya avadanlıqları idi. MKİ buna rəğmən, prosesi apara bildi. Məsələn, Rusiya ordusunun təxminən 75 faizinin inventar yaşı 25-dən yuxarıdır: Moskva gəmisi 40 yaşında batdı. Vurulan Rusiya zirehli texnikalarının, gəmi və təyyarələrinin yaşı həmişə 30-40 yaşı olur. Ona görə də Rusiyada texnologiya çox geridə qalıb. ABŞ isə bu məsələdə çox irəlidədir və döyüş meydanında həmin fərqdən bacarıqla istifadə edib. Məsələn, ABŞ-ın yaxşı gizlənmə, kamuflyaj dəstəyi sayəsində Ukrayna silahlı qüvvələri, onların rabitə vasitələri və digər hərbi vasitələri Rusiya hərbi kəfiyyatından, eyni zamanda izləmə sistemlərindən yayına bildi. Ancaq Rusiyanın təchizat sistemləri gözlənilənin əksinə, tam iflic əziyyətə düşdü.
Məsələn, Rusiya Ukrayna Silahlı Qüvələrində kimlər harada təlim keçiblər, hansı silah və texnikadan istifadə edirlər, onlara haradan hansı vasitələr çatdırıla bilər, bunlar necə göndərilə bilər kimi müharibə, döyüş üçün lazım olan bir çox məlumatları vaxtında əldə edə bilməyib, ən uyğun ifadə ilə desək, yatıb fil qulağında. Belə olan halda da “məğlubedilməz Rusiya ordusu” Ukraynada bərbad şəkildə alçaldıcı məğlubiyyət yolunda irəliləyir.
Xülasə, Rusiya ordusu Ukraynadan qat-qat güclü və təchizatlıdır. Amma onların Qərbin dəstəyi ilə mübarizə əzmi və iradəsinə nəzər saldıqda, Ukrayna xeyli irəlidədir. Çünki biri vətəni müdafiə edir, digəri işğalçıdır.
Tarix: 9-05-2022, 16:44
Xəbəri paylaş





Xəbər lenti