“Putinin paraddakı çıxışı ümidsizliyin göstəricisi idi” - Britaniya Müdafiə naziri


“Putinin paraddakı çıxışı onun ümidsizliyinin yüngül əksi idi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Putinin 9 may paradındakı çıxışını CNN-ə şərh edərkən bildirib.

Nazir Putinin Ukraynaya qarşı işğala haqq qazandırarkən guya NATO-nun Rusiyanı mühasirəyə aldığına dair iddiasına cavab verərkən deyib: “Rusiya sərhədlərinin cəmi 6 faizi NATO ölkələrinin payına düşür. Sərhədlərinizin cəmi 6 faizi NATO ölkələrinə aiddirsə, bu, mühasirə deyil”.

Uolles deyib ki, Putin və onun yaxın ətrafı Nürnberq tribunalı qarşısında duran faşist Almaniyası rəhbərliyi ilə eyni taleyi yaşamalıdır. Nazir əlavə edib ki, Böyük Britaniya bundan sonra da Ukraynanın qələbəsi üçün əlindən gələni edəcək.

Tarix: 9-05-2022, 17:03
Xəbəri paylaş





Xəbər lenti