Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı - FOTO


Müharibədə Ukrayna ordusuna əsir düşən rus əsgərlərin gözləri bağlı fotoları yayılıb.
Siam.az xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada qeyd edilən 9 May – Qələbə Gününə cavab kimi qiymətləndirilib.
Belə ki, Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü Rusiyada böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Rusiya lideri Vladimir Putin Qələbə günü münasibətilə çıxışında Ukraynada döyüşləri davam etdirəcəklərini bildirərkən, qarşı tərəf böyük səs-küy yaradacaq görüntüləri tirajlayıb. Kadrlarda gözləri bağlı olan rus əsgərlər yer alıb. Ukraynanın bununla Rusiyaya müharibəni dayandırmaq haqqında açıq mesaj ötürdüyü bildirilir.
Tarix: 10-05-2022, 07:47
Xəbəri paylaş





Xəbər lenti