Sovet ordusunu acından ölməkdən qurtaran və onu silahla təmin edən “lend-liz”-Ukraynaya necə yardım edəcək?


Xəbər verildiyi kimi, bu ilin aprel ayının 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası İkinci Dünya Müharibəsindən bəri istifadə olunmayan “Lend-liz” proqramı çərçivəsində Ukraynaya silah tədarükü haqqında qanun layihəsini böyük səs çoxluğu (417 lehinə, 10 əleyhinə) ilə təsdiqləyib.

Qeyd etmək lazımdır ki, həmin akt hələ ABŞ Senatı tərəfindən bu ilin aprel ayının 7-də qəbul olunmuşdu (maliyyə xarakterli qanunvericilik aktı olduğuna görə onun Nümayəndələr palatası tərəfindən təsdiqlənməsi məcburidir-red.). May ayının 9-da isə ABŞ prezidenti Co Bayden sözügedən aktı imzalamaqla onu qüvvəyə mindirib. Artıq bundan sonra ABŞ iki il ərzində rəsmi Kiyevə silah və digər yardımlarını daha tez və standart bürokratik prosedurlar olmadan çatdıra biləcək.
Bir çox analitiklər tərəfindən “Ukrayna müharibəsində dönüş yarada biləcək” dərəcədə qiymətləndirilən bu qanun layihəsi əslində nədir və nə üçün Kreml və ona yaxın olan politoloqlar tərəfindən süngü ilə qarşılanır.
Bayden Ukrayna üçün lend-liz haqqında qanunu imzalayıb
Bu qanunun tarixi İkinci dünya müharibəsinə gedib çıxır, Birləşmiş Ştatlar prezidenti Frankln Delano Ruzveltin təşəbbüsü ilə tərtib olunub və 1941-ci ilin mart ayının 11-də imzalanıb. Həmin akt ABŞ hökumətinə 1941-1945-ci illərdə İkinci dünya müharibəsindəki müttəfiqlərinin sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə ödənişsiz təmin edilməsinə icazə verirdi. Qanunda yazıldığı kimi, müharibənin getdiyi dövr ərzində (bu, ABŞ üçün Yaponiyanın kapitulyasiya aktını imzaladığı tarix hesab olunur) bütün borc-icarə tədarükləri ABŞ Xəzinədarlığı tərəfindən ödənilmişdi. Savaşdan sonra qalan, xidmətə yararlı silah və avadanlıqlarla bağlı borcların qaytarılması isə xüsusi sazişlə müəyyən ediləcəkdi.
Lend-Lease - Wikipedia
Yəni, “Lend-liz” aktı Birləşmiş Ştatların prezidentinə ölkəsi üçün həyati əhəmiyyət kəsb edən istənilən ölkəyə əvvəlcədən ödəniş etmədən kömək etmək səlahiyyəti verirdi. Qanunda nəzərdə tutulduğu kimi, icarəyə verilmiş, müharibə başa çatdıqdan sonra qalan və mülki məqsədlər üçün yararlı olan əmlak ABŞ tərəfindən verilən uzunmüddətli kreditlər (əsasən faizsiz kreditlər) əsasında tam və ya qismən ödənilməli idi. Həmin akta əsasən, ABŞ tərəfinin marağı olduğu halda, müharibədən sonra məhv edilməmiş və itirilməmiş texnika və avadanlıqlar rəsmi Vaşinqtona geri qaytarılmalı idi.
webp.net-resizeimage (19).jpg (522 KB)
Lend-liz qanunu ABŞ və SSRİ arasında Soyuq müharibə illlərində mübahisə mənbələrindən biri olub. Belə ki, rəsmi Vaşinqton SSRİ-nin əlində qalan (yəni ya qaytarmalı, ya da pulla ödəməli) texnika və avadanlığın 2,7 milyard ABŞ dolları məbləğində olduğunu iddia edirdi. Lakin Sovet rəhbərliyi buna qəti şəkildə qarşı çıxaraq borcun azaldılmasına çalışıb. 1951-ci ildə ABŞ hökuməti borcu 2 dəfə, 800 milyon dollara qədər azaldıb. 1972-ci ildə isə hər iki ölkə arasında həmin borcun faizlər də daxil olmaqla 722 milyon dollar olması və onun 2001-ci ilə qədər ödənilməsi barədə saziş imzalanıb. Sovet hökuməti 1973-cü ildə 48 milyon dollarlıq ilk ödənşini həyata keçirsə də, sonradan ABŞ Senatı tərəfindən Cekson-Venik düzəlişini (SSRİ-yə qarşı diskriminativ ticarət sanksiyaları) bəhanə edərək növəti ödənişləri gerçəkləşdirməkdən faktiki olaraq boyun qaçırıb.
eee.JPG (37 KB)
SSRİ dağıldıqdan sonra 674 milyon dollarlıq borca görə danışıqlar yenidən başlanıb. 1993-cü ilin aprel ayında Rusiya SSRİ-dən qalan borcları öz üzərinə götürdüyü üçün müzakirələr əsasən Kremllə aparılıb. Həmin müzakirələrdə SSRİ-nin borcları texniki olaraq hökumətlərə (Paris Klubu) və özəl banklara olan borclara (London Klubu) bölünüb. Rusiya (neftdən gələn gəlirlərin hesabına) Paris klubuna olan borcunu 21 avqust 2006-cı ildə tam ödəyib.
Yəni bir çoxlarının iddia etdiyi üzrə, bu akt əslində Ukraynaya heç də silah və sursatın tam olaraq “havayı” verilməsini nəzərdə tutmur. Buna rəğmən qanun ondan yaralana biləcək ölkəyə böyük üstünlüklər bəxş edir. Konkret olaraq Sovet İttifaqına göstərilən yardımın həcminin kiçik bir hissəsini rəqəmlərlə ifadə etmək kifayətdir.
Lend-Lease - the history of American military assistance to the USSR.  Kotelnikov V.R.
II Dünya savaşı ərzində Sovet İttifaqına lend liz əsasında bunları verib: 5000-dən çox tank əleyhinə silah; 130 mindən çox avtomatik silah, on minlərlə tüfəng, 345 735 ton partlatyıcı maddə (o cümlədən 123 150 ton trotil; 107 683 ton toluol; 31 933 ton dinamit); 127.000 ton barıt; partlayıcı maddələrin istehsalı üçün 331,066 litr yüksək təmizlikli etanol; 903.000 ədəd detanator; 35,800 ədəd radiostansiya; 2074 radar cihazı; 105 sualtı qayıq əleyhinə gəmi; 202 torpedo qayığı; 90 yük gəmisi; qayıqlar və gəmilər üçün 7784 mühərrik; 11 075 yük vaqonu; 1981 yük vaqonu; 8071 ədəd traktor; 2 milyon yarım telefon aparatı; 4.478.000 ton ərzaq və s.
11122.JPG (49 KB)
Sovet İttifaqı və onun orsusu üçün həlledici olan ərzaqın önəmli hissəsi məhz lend-liz qanun əsasında təmin olunmuşdu. Məsələn SSRİ-yə gələn ərzaqın təkcə 1.750.000 tonu ABŞ-dan tədarük edilib. Nəzərə almaq lazımdır ki, ərzaq ehtiyatları istənilən halda dərhal istifadə olunur və geri qaytarıla bilməzdi. (ABŞ sonradan bunu borc olaraq da saymadı). Yəni əslində ABŞ-ın Sovet ordusunu demək olar ki, acından ölməkdən qurtardığını da söyləmək mümkündür.
Müharibə illləri ərzində SSRİ ABŞ-dan 433.967 avtomobil və 35 minə yaxın motosiklet alıb. Halbuki, müharibənin əvvəlindən 1945-ci ilin sonuna qədər SSRİ-də cəmi 266 min avtomobil və 27 min motosiklet istehsal olunub. SSRİ-nin çox öyündüyü məşhur “Katyuşa” reaktiv yaylım atəşli artilleriya qurğuları da məhz ABŞ-ın “Studebekker” avtomobillərinin üzərində quraşdırılıb.
Bundan başqa, Birləşmiş Ştatlar SSRİ-yə 2 milyon 13 min ton aviasiya benzini (müttəfiqlərlə birlikdə - 2 milyon 586 min ton) verib. Bununla Sovet aviasiyasının müharibə zamanı istifadə etdiyi yanacağın demək olar ki, üçdə ikisinin ABŞ tərəfindən təmin olunduğunu söyləmək mümkündür.
ddttthhkjk.JPG (26 KB)
Göründüyü üzrə qanun ABŞ hökmətini İkinci dünya müharibəsində konkret olaraq faşist Almaniyası və Yaponiya imperiyasına qaşrı ən effektiv silahlardan birinə çevirib.
Konkret olaraq Ukraynaya gəlincə, artıq rəsmi Vaşinqton yeni “lend-liz”in gerçəkləşdirilməsi üçün xüsusi mexanizmlər işləyib hazırlmağa başlayb. Almaniyanın Berlin şəhərində yerləşən Siyasət Fondunun (SWP) hərbi eksperti, Bundesverin istefada olan polkovniki Volfqanq Rixter DW kanalına verdiyi müsahibədə bundan sonra Ukraynaya tank və zenit silahlarının veriləcəyini, buraya ağır haubitsaların əlavə olunacağını bildirib. Ekspert Birləşmiş Ştatlar tərəfindən Ukraynaya “Abrams” döyüş tankı və ya “Bredli” tipli piyada döyüş maşınları kimi mürəkkəb, yüksək texnologiyalı Qərb silah sistemlərini tədarük edəcəyini də istisna etməyib.
Ukrayna ordusu təlimlər keçirəcək...
Ukrayna silahla yanaşı, son vaxtlara qədər olduğundan daha böyük həcmdə əlavə maliyyə vəsaitlərinə malik olacaq. Prezident Bayden artıq Konqresdən Ukraynaya əlavə dəstək üçün 33 milyard dollar (təxminən 31 milyard avro) istəyib. Bunun 20 milyardının ölkəyə hərbi yardım şəklində verilməsi, pulun qalan hissəsinin isə iqtisadi və humanitar dəstəyə ayrılması nəzərdə tutulub.
Rusiyanın isə bu cür böyük maliyyə dəstəyinə sahib olması üçün bütün ölkə resurslarını səfərbər etməsi lazımdır. Hazırda Kremlin əlində bunun üçün texniki infrastrukturun belə olmasını demək çətindir. Əgər Ukrayna Silahlı qüvvələri Rusiyanın hərbi maşını, raket zərbələri qarşısında mətanətlə tab gətirə bilsə, o zaman bu yardımlar onların Qərbin böyük ümid bəslədiyi qələbəsində həlledici faktora çevrilə bilər.
 
Musavat.com
Tarix: 10-05-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti