"Vladimir Putin dünyanı bezdirib və ömrünü Stalin kimi sidik gölməçəsində bitirəcək..."


"Putin dünyanı bezdirib və çox nataraz oyunçudur"
"O, paranoya halında gah aqressivdir, gah da depressiya keçirir"
"Buçadan, İrpendən, Mariupoldan sonra Putin öz simasını büsbütün itirib"
 
 
"Hamı ölkədən çıxıb gedir...Rusiya sanki qeybə çəkilir"
 
Moderator.az xəbər verir ki, bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Böyük Britaniyada yaşayan rusiyalı biznesmen Yevgeni Çiçvarkin deyib.
 
O, qeyd edib ki, son vaxtlar Rusiyanın Ukraynada müharibəni necə bitirməsi və bu zaman Putinin "öz simasını" necə qoruyub saxlaması barədə diskusiyalar getməkdədir.
 
"Simasını qoruyub saxlamaq ona çətin ki, nəsib olsun. Bunu Krımdan sonra, hətta müharubənin ilk fazasından sonra etmək olardı. Amma Buça, İrpen və Maroupoldan, süzgəc düşərgələri, əslində isə konslagerlərdən sonra Putinin heç bir siması qalmayacaq. Putin dünyanı bezdirib. O, nataraz oyunçudur", - Çiçvarkin belə deyib.
 
Onun sözlərinə görə, öz həyatını Putin Stalin kimi sidik gölçəçəsində bitirəcək.
 
"Onun çıxış yolu varmı? Var, uzun illər təcrid həyatı. Əgər on general bir- birinə etibar etmirsə... Deyilənə görə, Stalinin ömrünün sonu çox acınacaqlı olub...
Uzaqdan teplovizorla öz sidiyinin gölməçəsində uzanan bədəni yoxlayır, hərarətinin otaq hərarəti, yoxsa hər halda 36, 6 C olmasını öyrənməyə cəhd edilir. Ölümünə şahidlik edilsin, yoxsa yox...Çünki heç kim ona yaxınlaşmağa cürət etməyəcək. Mənə elə gəlir ki, elə ikinci belə variant olacaq", - biznesmen proqnoz verib.
 
Daha sonra Çiçvarkin Putinin 9 mayda Moskvada Qələbə günü münasibətilə hərbi paradda çıxışına münasibət bildirib.
 
O, deyib ki, bu çıxış onun qorxu keçirdiyini sübut edib.
 
"Şizofrenikin çıxışından görünür ki, Putin zibilə düşüb və geri çəkilməyə məcburdur. Qərbə açıq ismarıc göndərib ki, nüvə müharibəsi olmasın...Bəs necə, nüvə müharibəsində neft və qazdan pullar əldə etmək çox çətin məsələdir.
 
Burada səbəb- nəticə əlaqəsi var. Kimsə qocaya  anladıb ki, bunlar bir- birilə uzlaşmır", - Çiçvarkin vurğulayıb.
 
O, qeyd edib ki, bu il hərbi paradda aviasıya iştirak etməyib.
 
"Bəs təyyarələr hanı? Mənin atam 80- ci ildə təyyarələrlə buludları yarıb keçib. Yəni 40 il əvvəl bunu edə bilirdilər. Bu yaxınlaradək də edirdilər. Bunlar paranoyya əlamətləridir...Putinin jestlərindən hiss olunur ki, o, gah aqressiv olur, gah da sıxıntı, depressiya keçirir" , - biznesmen belə deyib.
 
O, qeyd edib ki, müharibə başlanandan Rusiyanı 4 mulyon insan tərk edib. Bunlar etiraza qalxan, üsyan edən və Bolotnaya meydanına çıxacaq insanlardır. Bu adamlar Ukraynada nələrin baş verdiyini anlayır.
 
Baxın, bombalanan, məhv edilən, zorlanan, uşaq evləri Yerlə yeksan edilən ölkəni 6 milyon insan tərk edib, amma döyüş sursatları olan cəmi 6 ambarda partlayış baş verən və qurban verməyən ölkəni 4 milyon adam tərk edib.
 
O, qeyd edib ki, Rusiyada hələ "fenomenal cəsur" müxalifətçi Yevgeni Royzman və bir neçə adam qalıb, onlar da yalnız isterika içində bəzi yarımçıq işlərini başa çatdırıb, mühacirət etməyə hazırlaşanlardır.
 
"Hamı çıxıb gedir...Rusiya sanki qeybə çəkilir...", - Çiçvarkin vurğulayıb.

Tarix: 14-05-2022, 21:39
Xəbəri paylaş





Xəbər lenti