SSRİ-nin dünyada sonuncu balaca adası: Dnestryanı bu gün...

SSRİ-nin dünyada sonuncu balaca adası: Dnestryanı bu gün...
Böyük ambisiyaları olan kiçicik tanınmayan "anklav- dövlət"də hər şey SSRİ- ni xatırladır
 
Rəsmən bu ərazi Moldovaya məxsusdur, lakin buranın öz valyutası, üç rəsmi dili və dünyada baş verənlərə öz münasibəti var.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vesti" nəşri yazıb.
 
Son zamanlar Dnestryanı sözü çox hallanmağa başlanıb. Bu, Ukraynada müharibə proqnozları və Rusiyanın hərəkətləri ilə bağlıdır.
 
Dnestrtanı Dnestr çayından şərqə doğru uzunluğu 400 km, eni 10 km olan, Ukrayna ilə Moldova arasında yerləşən tanınmamış "anklav- dövlət"dir.
 
Rəsmən bu ərazi Moldovaya məxsusdur, lakin Dnestryanı Moldovadan nəzərəçarpacaq dərəcədə fərqlənir. Buranın öz valyutası, üç rəsmi dili- rus, Ukrayna və Moldova dili mövcuddur.
 
Qərbdə bu ölkə "Transnistriya" adlanır, lakin Dnestryanı ilə Dnestrlə Çənub Buq arasında yerləşən və ikinci dünya savaşında Hitlerin Rumıniya rəhbəri Antoneskuya bağışladığı və yüz minlərlə rumın yəhudisinin sürgün edildiyi Transnistriya ilə qarışdırmamaq vacibdir.
 
Hazırki Dnestryanı böyük ambisiyaları olan kiçicik bir "ölkə"dir və buranı rusiyalılar Ukraynadakı müharibədə özlərinin növbəti sərhədi elan edib.
 
Moldovadan çıxanda sərhəddə Rusiya şevronları olan əsgərlər gözə dəyir. Bunlar BMT- nin Rusiyadan olan sülhməramlı qüvvələridir və 1992- ci ildə moldovanların kiril əlufbasından latın qrafikasina keçmək qərarından sonra başlanan münaqişə ilə bağlı Moldova ilə Dnestryanı arasında sülhü qoruyub saxlamaq missiyasını həyata keçirir.
 
Dnestryanıya daxil olan zaman nə vaxtsa sovet rəsmi müəssisələlərini bəzəyən "istismarçılara qarşı fəhlə və kəndli ittifaqı"nın rəmzi- oraq və çəkic olan ölkənin gerbi gözə dəyir.
 
Son zamanlar Ukrayna və Moldova tərəfindən qoyulan sanksiyalarla əlaqədar burada beynəlxalq kredit kartları ilə ödənişlər etmək olmaz, öz nəqliyyatınla Avropa ölkələrinə getmək qadağandır, yerli biznesmenlər isə ikiqat vergiyə cəlb edilir.
 
Burada Bender şəhəri yerləşir, vaxtilə Poltava yaxınlığında məğlubiyyətdən sonra Karl XII və İvan Mazepa gizlənib, buradaca Filip Orlik özünün Ukrayna hüquqşünaslığının qüruru olan ilk Konstitusiyasını yazıb. Rəvayətə görə, elə buradaca əfsanəvi baron Münqhauzen özünün top nüvəsində uçuşunu həyata keçirib.
 
Bender şəhərinin mərkəzində Moldaviya SSR- nin bayrağı altında dövlət suverenliyinin rəmzi olan döyüşdə vurulan zirehli transportyor və 1992- ci ildə bu diyarda vətəndaş savaşına son qoyan general Lebedin yenicə qoyulan büstü var.
 
Dnestryanıda Rusiya ordusunu səbirsizliklə gözləyirlər.
 
Tanınmamış dövlətin paytaxtı Tiraspol şəhəridir. Burada Suvorova heykəl ucaldılıb.
Yerli sakinlər bunu "dünyada ən yaxşı heykəl" adlandırır. Burada Suvorovun komandanlığı altında Novorossiyanın bütün ərazilərini və ya indiki Cənubi Ukraynaı necə fəth etməsindən söhbət açmağı xoşlayırlar.
 
Dnestryanıda çox şey SSRİ- ni xatırladır. Məsələn, mağazalardan biri "Uşaq aləmi" adlanır.
 
Maraqlıdır ki, yerli pul əskinaslarının üzərində Rusiya korifeyləri ilə yanaşı, Ukrayna şairi Taras Şevçenkonun da təsviri var. Dnestryanıda tarixi abidələri sökmək qəbul ediməyib.

Tarix: 14-05-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti