“Kadırovçuların” Ukraynadakı itkiləri məlum olub





Rusiyanın Ukraynadakı genişmiqyaslı hərbi əməliyyatlarının başlanmasından bəri Ukrayna döyüşçüləri 100-ə yaxın «kadırovçunu» məhv ediblər, 300-ə yaxını yaralanıb, daha 60 nəfəri isə aradan çıxıb (qaçıb).
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbər verir ki, Ukraynaya hərbi müdaxilədə Çeçenistandan 2,5 min döyüşçü iştirak edib. Xəbər verilir ki, «kadırovçular» Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün ilk günləri əraziyə soxulublar. Onların əsas vəzifələri qorxutmaq və ukraynalıların genosidindən ibarət olub.
Ukrayna kəşfiyyatının məlumatına görə, hücumun ikinci eşalonunda yerləşməklə, onların işi yaşayış məskənlərinin axtarışları, girovlar üzərində zorakı əməllərin həyata keçirilməsindən və dinc sakinlərin qarət edilməsindən ibarət olub.
Tarix: 16-05-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti