Un 300 faiz bahalaşdı: 40 şəhərin əhalisi bir gündə ayağa qalxdı


Un 300 faiz bahalaşdı: 40 şəhərin əhalisi bir gündə ayağa qalxdı

İranda un məmulatlarının 300% bahalaşması ilə bağlı kütləvi etirazlar davam edir.
Cebhe.ino-nun REN TV-yə istindən məlumatına görə, çarəsiz qalan vətəndaşlar ərzaq mağazaları və anbarları qarət etməyə başlayıblar.
“Reuters”in məlumatına görə, hökumətin ərzaq üçün ayrılan subsidiyaların kəsilməsi və qiymətlərin kəskin artması ilə bağlı etirazlar insanları siyasi şüarlarla küçələrə axışmağa sövq edib. İranlılar hətta dini liderlərin portretlərini yandıraraq, onları istefaya çağırıblar.
Üstəlik, təsdiqlənməmiş məlumatlara görə, mitinqlər zamanı dörd nəfər həlak olub. Bir gün əvvəl bir nəfərin ölüm xəbəri yayılmışdı.
Sosial şəbəkələrdə yayılan videolara görə, bazar günü İranın ən azı 40 şəhərində, o cümlədən Türkmənistan sərhədi yaxınlığındakı Kuçan şəhərində, Rəştin şimalında və Həmədanda etirazlar davam edib.
İranın dövlət xəbər agentliyi İRNA daha əvvəl bildirmişdi ki, etirazçılar bəzi şəhərlərdə dükanları yandırıblar, polis isə həbslərə əl atmağa məcbur olub.
Rəsmi məlumatlara görə, İranın 85 milyon əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayır.
Siam.az
Tarix: 16-05-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti