Ukraynalıların M-777 haubitsaları rus mövqelərində 6-8 diametrli dərin kraterlər əmələ gətirir: Ruslar xofda


 
Amerikanın Ukraynaya verdiyi M-777 haubitsaları rus işğalçıları arasında ciddi xof yaradıb.
 
Ovqat.com-un məlumatına görə, döyüş zamanı atılan və boş sahəyə düşən haubitsa mərmisi yer səthində 6-8 metr diametr ölçüsündə çuxur əmələ gətirib.
 
Rus hərbi mütəxəssislərin fikrincə, bu ölçüdə krater partlayışın çox güclü olmasından xəbər verir. 
 
Üstəlik, M-777 haubitsalarının mənzili də xeyli uzundur. 30-40 km-lik məsafəni rahatlıqla vura bilən bu silahlar savaşın aqibətini müəyyənləşdirə bilər. Şəkildə izi görünən bu mərmi isə 25 km. uzaqlıqdan atılıb.
 
M-777 haubitsaları bir neçə gün əvvəl Ukraynaya verilib. Bu isə o deməkdir ki, yaxın günlərdə rus işğalçılarını çox sayda partlayışlı “atəşin salamlar” gözləyir.



Tarix: 17-05-2022, 22:38
Xəbəri paylaş





Xəbər lenti