Polşadan Almaniyaya ağır ittiham


Polşadan Almaniyaya ağır ittiham


Polşa Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham etdi.
Almaniya ilə Polşa arasında münasibətlər Ukraynaya silah vermək istəmədiyi üçün gərginləşib. 
Cebhe.info xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti məlumat yayıb.
Polşa xarici işlər nazirinin müavini Şimon Şinkovskinin sözlərinə görə, Almaniya Polşanın müdafiə qabiliyyətini gücləndirməyə və təchizatını artırmağa söz verib, lakin bunu heç vaxt etməyib.
Məqalə müəllifləri qeyd edirlər ki, Varşava və Berlin arasında silah mübadiləsinə dair danışıqlar gözlənilən nəticəni vermədi, çünki Polşa hakimiyyəti Ukraynaya verdikləri tankların modernləşdirilmiş alman "Leopard" tankları ilə əvəz edilməsini tələb etdi, lakin Almaniyada bu döyüş maşınlarının olmaması səbəbindən tərəf bu vədi yerinə yetirə bilmədi.
Qeyd edək ki, Almaniya Bundestaqının Yaşıllar Partiyasından olan deputatı Toni Hofreyter Almaniya hökumətini vədini yerinə yetirməyə və Polşanı silahla təmin etməyə çağırıb.
Siyasətçi xatırladıb ki, silahların tədarükü ilə bağlı təklif parlamentdə böyük səs çoxluğu ilə qəbul edilib və indi o, həyata keçirilməlidir.
Eyni zamanda Almaniya Müdafiə Nazirliyi "Leopard" tanklarının istehsaldakı problemlərə görə tez bir zamanda çatdırılmasının mümkünsüz göründüyünü bəyan edib.
Tarix: 21-05-2022, 23:05
Xəbəri paylaş





Xəbər lenti