Müharibədə iştirak edən rus hərbçilərin şəxsi məlumatları yayıldı - Foto


Ukraynadakı müharibədə iştirak edən rus komandirlərinin şəxsi məlumatları dərc edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Proekt” məlumat yayıb.
Nəşrin jurnalistləri Rusiya ordusunun müharibədə iştirak edən 150-dən çox bölməsini və 166 komandirini müəyyən ediblər.
Məlum olub ki, Rusiya Silahlı Qüvvələrinin hücuma keçməyə qadir olan bütün bölmələri: bütün quru qoşunları, hücum hava-desant qüvvələri, kəşfiyyat birləşmələri, dörd donanmanın dəniz piyadaları, özüyeriyən artilleriya, bombardmançı, hücum və döyüş təyyarələri müharibədə iştirak edir.
Məlumatlara əsasən, müharibədə iştirak edən hərbçilərdən 72-si general və admiral, 69-u polkovnik, 16-sı polkovnik-leytenant, 9-u isə digər hərbi rütbədədir.
Siyahıda həmçinin hərbçilərin şəxsi məlumatları və fotoları də dərc edilib.


Tarix: 24-05-2022, 08:24
Xəbəri paylaş





Xəbər lenti