"ABŞ-ın ayırdığı 40 milyard dolların cəmi 15 faizi Kiyevə çatacaq" - Bəs qalan məbləğ hara gedir?


“Ukrayna ABŞ-ın 40 milyard dollarlıq yardımının yalnız 15 faizini alacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, ABŞ prezidenti Baydenin bir neçə gün əvvəl Ukraynaya 40 milyard dollardan çox vəsaitin ayrılması haqqında qanunu imzaladığını xatırladıb.
Məlum olub ki, bu məbləğin 35 faizi ABŞ-ın özünün silahlı qüvvələrinin maliyyələşdirilməsinə sərf olunacaq. 45,2 faizinin isə Ukraynaya deyil, “başqa ölkələrə” xərclənməsi planlaşdırılır. Digər 4,8 faizinin qaçqınlara yardıma, eləcə də ABŞ-ın Ukraynadakı səfirliyinin fəaliyyətinin bərpasına və digər diplomatik dəstəyə xərclənməsi nəzərdə tutulub.
Volodinin sözlərinə görə, ukraynalılar bu borcu (40 milyard dollar) ödəməli olacaqlar. ABŞ-da isə Kiyevin gələcəkdə dövlət borcunu müstəqil şəkildə nizamlaya bilməyəcəyindən danışırlar.
“Vaşinqton və Brüssel Ukraynaya həqiqətən yardım göstərmək, onun iqtisadi və sosial problemlərini həll etmək niyyətində deyil. Onlara Rusiyaya qarşı “son ukraynalıya qədər döyüşmək” planını reallaşdırmaq lazımdır.
Xatırladaq ki, mayın 21-də ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə deyilir ki, söhbət “federal qurumlara əlavə fövqəladə vəsait”dən gedir.

Tarix: 24-05-2022, 21:59
Xəbəri paylaş





Xəbər lenti