İşğalçı ordu Ukraynanın 40 şəhərini bombardman edir – “O qədər yaxınlaşıblar ki...”





Ukrayna ordusunun mayın 26-da yaydığı məlumata görə, Rusiya qüvvələri Donbasda Kiyevin əlində olan 40 şəhəri bombardman edir, Siverski Donets çayının hər iki sahilində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə doğru irəliləyir, döyüşlər Severodonetskin yaxınlığında gedir.
Bu iki şəhəri tutmaqla Luqansk vilayəti bütünlükdə Rusiyanın nəzarətinə keçə bilər. Kremlin müharibədə əsas hədəflərindən də biri budur.
"Rusiya qüvvələri o qədər irəliləyiblər ki, minaatanlardan istifadə edə bilərlər". Bunu Luqansk vilayətinin qubernatoru Sergey Qayday bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Aleksey Arestoviçin dediyinə görə, Rusiya ordusu müəyyən taktiki uğur əldə edir, bu, Lisiçansk və Severodonetsk istiqamətində əməliyyat uğuruna çevrilə bilər. Zelenski isə ötən gecəki çıxışında Qərbdən kömək istəyib.
“Bizə tərəfdaşlarımızın köməyi lazımdır, Ukraynaya hər şeydən vacib silah lazımdır. Tam, istisnasız, limitsiz, qələbə çalmağa yetəcək kömək”, – deyən Zelenski Qərbdə bəzilərini Rusiyanın maraqlarına daha çox diqqət ayırmaqda suçlayıb.
Tarix: 26-05-2022, 22:33
Xəbəri paylaş





Xəbər lenti